Tənha Bulud….HAKİMLƏRİN HAKİMİNƏ



Dərdlərimi tək-tək yazıb vərəqə,

Hakimlərin Hakiminə göndərdim.

Dərya dilə gəldi, qopdu qasırğa

Küləklərlə göyə sovruldu dərdim.

Hakimlərin Hakiminə göndərdim.




K
əlmələri cənnət kimi qoxuyan,

Kitabını ayə-ayə oxuyan,

Sevgisindən nurlu ilmə toxuyan

Duaları Göyün üzünə sərdim,

Hakimlərin Hakiminə göndərdim.




Mill
ətimə tutulan divanları,

Gənc yaşda ömrünə qıyan canları,

İçimdə boğulan ah-fəğanları

Gözü yaşlı bir buluda döndərdim,

Hakimlərin Hakiminə göndərdim




D
ərin quyularda ilişib qalan,

Gümanlarda itən ,azıb yorulan,

Zülmün girdabında qanadsız qalan

Ümidimə bir cüt qanad da verdim,

Hakimlərin Hakiminə göndərdim.




T
ənha Bulud dərdi dərdlə kirirdir,

Qara günlər vicdanların kiridir,

Fikir dərdi, dərd ürəyi əridir….

Pərişan ruhuma bir nizam verdim

Hakimlərin Hakiminə göndərdim.



Tamara Nadirova T
ƏNHA BULUD

www.kafiye.net