ÇƏK GÖRÜM



Rəssam ,çağır təbiətin ruhunu

Hər gülünü ,çiçəyini çək ,görüm.

Aşıq sazın kökləyəndə qəm üstə,

Ruhanini, Dilqəmini çək, görüm,

Bacarırsan ,ürəyimi çək, görüm!




Çıç
əkləri, güllü yazı çəkərsən,

İpək teli , qara gözü çəkərsən,

Bir sevdalı gözəl qızı çəkərsən,

Təmənnasız sevməyini çək, görüm,

Bacarırsan ürəyimi çək, görüm.




Mat qalmışam Yaradanın s
əbrinə,

Xitam verib bir cavanın ömrünə,

Şəhid atasının övlad qəbrinə

Çöküb ,ağı deməyini çək, görüm,

Bacarırsan ürəyimi çək, görüm!




Qara il
ə qarışdırırsan ağı

Sən çəkmisən əsgərimin yanmağın,

Təkcə qolu basdırılan torpağı

Müqəddəs pir görməyimi çək, görüm,

Bacarırsan ürəyimi çək görüm!




Q
ədri yoxmuş çörəyimin-duzumun,

Kəsəri yox sohbətimin-sözümün,

Qəbrə girən ümidimi, arzumu,

Kəfən geyən diləyimi çək ,görüm

Bacarırsan ürəyimi çək, görüm!




T
ənha Bulud dünyasında qəribdi,

Gülzar əkib, tikanları dəribdi

Bu dünyanın hər üzünü görübdü,

Ağlayaraq gülməyini çək, görüm

Bacarırsan ürəyimi çək görüm!




TAMARA RÜST
ƏMOVA /TƏNHA BULUD/”XƏZİNƏ-2 “-DƏN
www.kafiye.net