G Ə L Ə C Ə Y Ə M M ƏN …..




Ey q
ələm-dəftərim, siz ey dostlarım,

Bilirəm, tezliklə öləcəyəm mən.

Eşqimi,sevgimi,məhəbbətimi

O qara torpaqla böləcəyəm mən.




Pozmayıb ür
əkdən arzu,niyyəti,

Nə məni sanmayın siz müvəqqəti,

Sizlərə yan baxan hər ziy-ziynəti

Orda da qəlbimdən siləcəyəm mən.




Dem
əyin nə peşə,ya ki nə məşqmi,

Danmaram etdiyim ilk eşq məşqimi,

Siz qələm-dəftərə olan eşqimi

O torpaq altda da biləcəyəm mən.




Kim olar m
ən təki gəzən inadda?

Kim olar mən təki süzən qanadda?

İndi ağlasam da,o torpaq altda

Mənə gülənlərə güləcəyəm mən!




Öls
əm də,siz öldü deməyin mənə,

Deməyin o döndü dumana,çənə,

Ölsəm də,getsəm də ,min dönüb yenə,

Bu olan dünyaya gələcəyəm mən!




M
ƏZAHİR İSGƏNDƏR

29.03.2022

www.kafiye.net