XOCALIM,HƏLƏ DƏ,GÖZLƏRİN YOLLARDA QALIB…

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!



Şəhid Xocalım




O gec
ə qanıyla tarixi yazıb,

Şəhid köynəyini geydi Xocalım.

Çəkib naləsini ərşin qatına,

Əyilməz qəddini əydi Xocalım.




Şaxtalı gec
ənin zülmət içində,

Çatlayan torpağın dodaqları qan.

Körpə balasını basıb bağrına,

Ana qucağında can verirdi, can.




O gec
ə həyatın nəfəsi ağır,

O gecə sinəsi qan ağlayırdı.

Kimi körpəsini, kimi ərini,

Dəlisov baxışla haraylayırdı.




Canını ölümün ağzından alıb,

Üzünü dağlara tutmuşdu ellər.

Vəhşi hiyləsində, vəhşi əlində

Ölümlə başını qatmışdı ellər.




C
əlladlar baxmırdı qoca, cavana,

Acıxmış köpək tək quduzlaşmışdı.

Neçə qız -gəlini əsir götürüb,

Neçə ürəkləri daşa basmışdı.




Körp
ə balaların dərisin soyub,

Vəhşilik toxumun yurda əkdilər.

Diriykən insanın gözlərin oyub,

Nalədən, haraydan qala çəkdilər.




Qisası alınmaz ş
əhid Xocalım,

Gör neçə illərdi yaran qan verir.

Dərdin gözlərimə elə çöküb ki,

Əllərim əlində qalıb can verir.




Ey harın erm
əni, harın köpəklər,

Bu qisas nə vaxtsa alınacaqdır!

Sizlərin o murdar cəsədinizdən,

Tezliklə bir qala qurulacaqdır!




Xalid
ə Nuray.02.03.2019.

www.kafiye.net