ZƏRİF ,DƏYƏRLİ ,FƏDAKAR QADINLARIMIZ “8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ”NÜZ MÜBARƏK!



Qadın gözlərində



Ay-ulduzlu kəhkəşanı,

Yeri, göyü asimanı,

Arzudan doğan ümmanı,

Axtar qadın gözlərində.




Şimş
ək çaxan yağışları,

Zümrüd qaşlı, göy suları,

Fırtınalı dalğaları,

Axtar qadın gözlərində.




İlıq bahar n
əfəsini,

Sevənlərin həvəsini,

Gülüşün hər töhvəsini,

Axtar qadın gözlərində.




M
ərhəmətin həmdəmini,

Xeyir-dua məlhəmini,

Xoşbəxtliyin hər dəmini,

Axtar qadın gözlərində.




Etibarı, s
ədaqəti,

İnsanlığa ləyaqəti,

Saf eşqi, saf məhəbbəti,

Axtar qadın gözlərində.




Xalid
əyəm, əhdinə düz,

Xəzinədir sinəmdə söz,

Haqqa baxan, mənalı göz,

Axtar qadın gözlərində.




Xalid
ə Nuray.07.03.2022.

www.kafiye.net