şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Təəssüflənmədim…
Dəyər verdiyim, dost bildiyim insanı-xanımı itirməyimə.
Çünki şübhələr,yalanlar aydın oldu.
Adsız şeir
Bu gün çox sevindim,olmamış kimi.
İnamımı məndən almamış kimi.
Qalmışdım yalanla düz arasında
Indisə, şübhədə qalmamış kimi.
Daha hisslərimə əmin olacam,
Kövrək ürəyimin könlün alacam.
Tərəddüd əlindən cana doymuşdum,
Ağlımı könlümdən önə salacam.
Heyif xərclədiyim inamlarıma.
Kaş ki,inanardım gümanlarıma.
O qədər gözümdə böyütmüşdüm ki,
Ümidim qalmışdı yalanlarına.
Dəyməz eləsinə bu şe(i)ri yazmaq,
Nə də qara daşa adını cızmaq.
Çoxuna dərd verən belə insanın,
Qəbrini dərindən dərinə qazmaq.
Fəridə Köçərli.
21.02.22.
www.kafiye.net
Yorum Yapın