ALLAH, ŞÜKÜR SƏNƏ…..




ALLAHIM, çox şükür, çox şükür SƏNƏ!

Qələm olmasaydı,mən sürünərdim.

Qələm olmasaydı donub, üşüyüb,

Buzlar libasıyla lap bürünərdim.




ALLAHIM, çox şükür, çox şükür SƏNƏ!

Ki nəyə möhtacdım, SƏN onu verdin.

Eşidib səsimi, duyub həvəsim,

Arzunun,istəyin sonunu verdin.




ALLAHIM, çox şükür, çox şükür SƏNƏ!

Çölüm qar olsa da, könlüm yaz oldu.

Ən acı-ağrıda, hər dərd-qəmdə da

İlham pərilərim bir həmraz oldu.




ALLAHIM, çox şükür, çox şükür SƏNƏ!

Eşq ilə yıxıldım, eşq ilə qalxdım.

Leylini,Şirini sevib, onlara

Məcnunun,Fərhadın gözüylə baxdım.




ALLAHIM, çox şükür, çox şükür SƏNƏ!

Eşqim başım üstə bir ələm oldu.

Eşq ilə keçdiyim yolda-rizdə də

XIZR da, İLYAS da bir lələm oldu.




AIIAHIM, çox şükür,çox şükür SƏNƏ!

Qələmdən küsmədim,sözdən küsmədim.

Kərəm tək alışsam, kül olsam da mən,

Alovdan küsmədim,közdən küsmədim.




ALLAHIM, çox şükür,çox şükür SƏNƏ!

“OL” deyə yaradıb,etdiyin oldum.

Səhər də,axşam da, yuxularda da

Min təblə dol deyə, dediyin oldum.




ALLAHIM, çox şükür,çox şükür SƏNƏ!

Kİ HƏSƏN- HÜSEYNİN olan yoldayam.

Mən SƏNƏ vurulub, SƏNƏ bağlanıb,

SƏNƏ məhəbbətlə dolhadoldayam!..




… Sanıram dünyanın xoşbəxtiyəm ki,

Olmadım sınsam da naşükür SƏNƏ.

Min sapsam,yıxılsam,yenə deyərəm:  
ALLAHIM, çox şükür, çox şükür SƏNƏ!

ALLAHIM, çox şükür, çox şükür SƏNƏ!




MƏZAHİR İSGƏNDƏR

22.02.2022
www.kafiye.net