Təbiətin ruhu/Su çərşənbəniz mübarək olsun,ey gözəl insanlar/



Çağırıram təbiətin ruhunu,

çiçəkləri, yarpaqları, otları,

dağlarda maralı, düzdə ahunu ,

ilxı ilə yüyürüşən atları.



Təbiətin zərrəsiyəm özüm də

Vəhdət gördüm nur qaynağın özündə.

Bal arısı çiçəklərə səbəbkar,

Saf ürəklər diləklərə səbəbkar



Ulu Tanrı özü mahir sənətkar.

Təbiətin zərrəsiyəm özüm də

Vəhdət gördüm nur qaynağın özündə.

Mən duyuram kainatda hər səsi,



Bu torpaq səsidir,o çiçək səsi.

Hər canlı zikr edir “Allah”kəlməsi.

Təbiətin zərrəsiyəm özüm də,

Vəhdət gördüm nur qaynağın özündə.



İç-içədir,gecə-gündüz,xeyir-şər,

Aləmlərə məhvərdir ali bəşər,

Sevgi ilə zərrələr bütünləşər,

Təbiətin zərrəsiyəm özümdə,



Vəhdət gördüm nur qaynağın özündə.

Tənha Bulud, kainatı salamla,

Davam edən bu həyatı salamla,

Bəxş edilən qüdsiyyatı salamla…



Təbiətin zərrəsiyəm özüm də,

Vəhdət gördüm nur qaynağın özündə.




Tamara Nadirova Tənha Bulud

www.kafiye.net