Qırovgözlü



Gul-çiçəkli çələng hörüb

Bahar gəlir elimizə.

Xoş ətirli avazıyla,

Nəģmə düşûr dilimizə.




Hər ləçəyin qırovgözü,

Ģöz eyləyir al Günəşə.

Dovşan sevincək oynayır,

Qarla gûləşə-güləşə.




Boynubükük bənövşənin

Şeh süzülür dodaģından.

Yazın mehi sıģal çəkir,

Hərdən öpür yanaģından.




Baģ-baģçaya haray salır

Qaranquşların xoş səsi.

Çəkir güllərin nazını

Bülbüllərin şən nəģməsi.




Təbiət donun dəyişir,

Bürünür yaşıl qumaşa.

Günəş dumanı ovlayır,

Qayaları aşa-aşa.




Qıvrım telli bulaqların

Zümzüməsi kõnül açır.

Gül nəfəsli meşələrin,

Naz- qəmzəsi ışıq saçır




Sevincdən gözü yaşarır

Əlçim-əlçim buludların.

Göy çəmənim gözəlləşir

Yuyulur üzü otların.




Daglar gülüb alqışlayır

Baharın nur sabahını.

Bütün təbiət unudur

Ötən qışın günahını.




Xalidə Nuray.19.03.2021

www.kafiye.net