Meydan oxuyur



Mehribanlıq itdi, Allah,

Gül, gülə meydan oxuyur.

Bacı – qardaş, xoş bir avaz,

Bəm, zilə meydan oxuyr.




Hörmət, izzət aralanır.

Aqil ınsan qaralanır.

Qara saçlar yan daranır,

Ağ telə meydan oxuyur.




Haqqı pulla tapdalayan,

Başa keçir utanmadan.

Yagış yoxsa, su tapmayan,

Çay selə meydan oxuyur.




Yığmasaydı arı balı,

Sağalmazdı cox zavallı.

Zəmilərdə qargıdalı,

Sünbülə meydan oxuyur.




Yaradaraq min könüllə,

Usta tikən, gözəl qüllə.

O, kəllədə durub güclə,

Özülə meydan oxuyur.




Dəyişibdi indi zaman,

Yaxşı çox şey düşüb moddan.

Qız şəkliylə, ağ salafan,

Zənbilə meydan oxuyur.




Sponsor verir qabaga.

Bacarmaq olmur, ay qaga,

Mikrafonlu ala qarga,

Bülbülə meydan oxuyur.




Saglıgında yaltaqlanan,

Kölcəsində ad qazanan.

Çəkinmədən, utanmadan,

Heykələ meydan oxuyur.




Müasirlik düşüb dəbə,

Şeir yazan baxmır təbə.

Hərə qurub bir dəbdəbə,

Bu elə meydan oxuyur.




Hey gəz, dolan qapı-qapı,

Tapammazsan söz sərrafı.

Əyinlərdə tumanbagı,

Məftilə meydan oxuyur.




Ənənəydi Koroğludan,

Ad alardı, igid olan.

İndi çoxu kapitalnan,

Pul ilə meydan oxuyur.




Öz evində arvad əri,

Sakit, sözlə edir dəli.

Allah, belə gözəlləri,

Lal elə, meydan oxuyur…




Sakit Şəkili.

www.kafiye.net