G Ü L N U R A


(Küsmə məndən)




Gülnur qızım incidi,

Qızlardan birincidi,

Axı,ona nə dedim,

Babasından incidi?




Baharımdı,yazımdı,

Ördəyimdi,qazımdı,

Qızların ən gözəli

Mənim Gülnur qızımdı!




Ayım,günüm,ulduzum,

Çörəyim,suyum,duzum,

Sənsiz bir gün olmasın,

Ay mənim Gülnur qızım!




Gülnur qızım dil açdı,

Sanki bağda gül açdı,

Bir baxışı,gülüşü

Min-bir dərdə əlacdı.




Dili yaman ballıdı,

Yanağı da xallıdı,

Oğlanların,qızların

İşləri nə hallıdı?




Gülnur mənim gülümdü,

Gülümdü,bülbülümdü,

Bir gün onu görməsəm,

İşlərim nə zülümdü?




Gülnur mənim səmənim,

Bağım,bağçam,cəmənim,

Məzahir,ta dünyada

Nə kədərim,nə qəmim?






MƏZAHİR İSGƏNDƏR

15.02.2022

www.kfiye.net

Bir 5 kişi, çocuk ve ayakta duran insanlar görseli olabilir