SƏN GƏLDİN DEYƏ..

İlk dəfə mənim də bir üzüm güldü

Dünya mənim oldu sən gəldin deyə.

Sevincim kəderi üzümdən sildi

Bəxt üzümə güldü sən gəldin deyə.

**

Unutdum çileni,qəmi unutdum

Sənsiz qəhr olduğum dəmi unutdum

Əzab,isdirabı,cəmi unutdum

Qəlbim eşqlə doldu,sən gəldin deyə..

**

Anidən qurudu gözümün yaşı

İsmin dilimdədir hər addımbaşı

Könlüm bir üzükdür,sən yaqut qaşı

Sevinc məni buldu,sən gəldin deyə.

**

Keçdi ayrılıqlar,keçdi zülüm də

Artıq ayırammaz bizi ölüm də

Çox şükür əllerin indi əlimdə

Əzab dünde qaldı,sən gəldin deyə..

**

Şükür mövlaya ki, yox artıq dərdim

Bu yolda hicrana çox sinə gərdim

Bu sevgi uğruna çox əmək verdim

Vüsal yerin aldı sən gəldin deyə…     


Nazlı Hacılı.
www.kafiye.net