APARMISAN YUXUMU…



“Belə sevdim dünyanı”

adlı kitabımdan.




Aparmısan sən özünlə yuxumu,

Kirplklərim bir-birinə sarılmaz.

Aralıqda hicran dağı çox uca,

Nə aşılmaz, nə çapılmaz, yarılmaz.




Aralıqda hicran dağı çox uca,

Bir üzü bahardı,bir üzü qışdı.

Bir üzü od yağıb,köz püskürən yay,

Bir üzü payızdı,yağmur-yağışdı.




Aralıqda hicran dağı çox uca,

Ölçüləmməz,müqayisə edilməz.

Yüz-yüz, min-min, milyon-milyon ilə də

Bu üzündən o üzünə gedilməz.




Aralıqda hicran dağı çox uca,

Ta açmağa cəhd eləmək hədərdi.

Hər qarışı cənnət ilə cəhənnəm,

Hər arşını yer ilə göy qədərdi.




Aralıqda hicran dağı çox uca,

Əl-ələ yetişməz, göz-gözü seçməz.

Ah,elə möhtəşəm,elə sərtdi ki,

Xəyal da,fikir də dəlib,keçəmməz!




Aralıqda hicran dağı çox uca,

Hər qarışda eşqə məzar qazılı.

Hər məzarın baş daşında qan ilə

“Leyli-Məcnun”, ” Fərhad-Şirin” yazılı.




Göz yaşıyla suvardığım zəmidə

Bitib,göyərmədi vüsal toxumu.

Buraxıb hicranla məni qol-qola,

Aparmısan sən özünlə yuxumu…



06.01.2004

Mezahir  İsgender
www.kafiye.net