Kəlağayı gününə yazdım.

Aşıq PƏRİ qızlarına birbaşa efirə.



Düzülüb cərgəyə Pəri qızları,

Yelənli kəlağay telə yaraşır.

Zərbafta koftalar,zərli tumanlar,

Mina gərdəninə, belə yaraşır.



Dinlədim Gözəlin gözəl səsini,

Duydum hər birinin gül nəfəsini,

Kimi şeir deyir,kim nəğməsini,

O gözəl nəğmələr dilə yaraşır.



Bu gözəl qızların yox ki,tayı da,

Şaqraq gülüşlərin yoxdur sayı da,

Pərvanə, Güllüsü kəlağayıda

Yaşılbaş sona tək gölə yaraşır.



Gördüm Sudabəni şeir söyləyən,

Özünü Vətənə qurban eyləyən,

Sevən ürəklərin bağrın teyləyən,

Bəzənmiş durna tək çölə yaraşır.



Bu şeri kəlağay gününə yazdım,

Gördüyüm yuxunu xeyirə yozdum,

Şerimlə hər kəsin əksini cızdım,

Solmaz da, al-əlvan tülə yaraşır.

Şerinin sözünə, gülə yaraşır.



Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}

26-11-2021
www.kafiye.net