GÜN DOĞUB



Yenə bu şəhərə gün doğub , Allah,

Doğub həmin yerdən, çıxdığı yerdən.

Yenə bu şəhərə gün doğub , Allah,

Doğub intizarı yaxdığı yerdən.




Yenə bu şəhərə gün doğub , Allah,

Boyanıb hər tərəf işığa, nura.

Ertədən açılıb bir gözəl sabah,

Sevgili baxışlar bir-birin sara.




Yenə bu şəhərə gün doğub , Allah,

Yarpaqda bərq vurur nurun ziyası.

Sarı lacivərddir ağacda budaq,

Pozulub payızın şirin röyası.




Yenə bu şəhərə gün doğub , Allah,

Şəhərə payızda bahar gətirib.

Sarı telləriylə toxumun səpib,

Könüldə, ürəkdə çiçək bitirib!



Təvəkkül Goruslu Məmmədov.
15.11.2021
www.kafiye.net