……. İndi oxunmur,səbəbini də bildiyimdən su-

sur,üz də vurmuram. Amma gələcəkdə böyük tirajla dərc ediləcəyini,oxunacağını da bilirəm.

Mənə təsəlli verən də budur.

Oxuyanların gözlərini yolda qoymuram.

Buyurun!

——————–

” Ə K S – S Ə D A ” – Böyük həcmli roman.

( İyirmi altıncl paylaşım )

***********************

– Əli əmi!

– Bəli,qardaşoğlu!

– Axı, demədiniz onu…

– Nəyi? – Əli təəccüblə soruşdu.

– Onu balkondan atmağınızın səbəbini nə cü-

rə izah etdiniz?

– Yolda rast gəldiyimi və evimizə dəvət elədi-

yimi dedim,qələbə münasibətilə boğazımızı is-

latmaq üçün. Guya əvvəlcə razı olmadı,mənsə

əl çəkmədim,getdik bizə.Manya stol açdı və bizi

tək buraxdı,vəssalam.

– Onu demirəm…

– Bəs nəyi deyirsən?

– Başına o oyunu açdığını nə cürə açıqladı-

nız?

– Sənə demişdim axı, şampan şüşəsi onların

yanındaydı. O əclafı atdıqdan sonra o şüşəni at-

dım zibil qabının altına,üstünü də başqa zibillər-

lə örtdüm. Sonra guya biz bir şüşə konyakı içdik

və bu anda da müvəkkil mənə sataşdı…

– Nə dedi guya?

– Sənə demişdim Tbilisidə xal hesabıyla məğlub olduğumu,yadına düşdümü? Manya da

onda düz bir sutka heç nə vurmamışdı dilinə,bu

da yadına düşdümü?

– Bəli.

– O hadisə düşdü yadıma. Dedim ki müvəkkil

ordakı görüşü bilərəkdən,pul üçün uduzduğumu

deyirdi ucadan.Və elə deyirdi ki,Manya bunu duymaya bilməzdi.Mənsə onun eşitməyini istə-

mirdim.Əvvəlcə müvəkkilin zarafat etdiyini zənn

etdim,amma onun dedikləri zarafata bənzəmə-

di.Guya ona bunu istəmədiyimi dedim,osa sər-

xoş olub,ağzına gələni deyirdi…Sən demə müs-

təmtiqə bu dediklərim də elə yerinə düşübmüş.

Manya da həmin vaxt düz bir sutka heç nə ye-

yib-içmədiyini ona deyibmiş.Müfəttişin bu hərə-

kətindən əsəbiləşdiyimi, ” hənək,hənək,axırı də-

yənək” olduğunu dedim müfəttişə.Sonda da ki bu, sən bilirsən.Amma bunları dedikdə,hələ onun öldüyünü zənn edirdim.Sağ qaldığını son-

ra bildim.

– Kim dedi onun yaşadığınl?

– Bunu məni dindirmə otağına aparan nəza-

rətçidən eşitdim.Bəxtimin kəsdiyini,müvəkkilin

ölmədiyini dedi və bunu da xüsusi vurğuladı ki,

ağlının əvvəlki kimi olacağı da şübhəlidi.Nəza-

rətçi bunu dedikdə sevinəcəyimi güman edib-

miş.Amma onun dediklərindən sarsıldım. O əc-

lafın sağ qalması bütün planlarımı alt-üst edə bilərdi,qardaşoğlu.Amma beyninə qan sızdığını,

hələ özündə olmadığını da eşitdikdə ümidimi üzmədim. O ölsəydi o zaman,heç sorğu-sual da

çox çəkməyəcəkdi. İşin gedişində bu da az rol

oynamadı ki, guya müvəkkilin gecə bizə gəlişini

kimsə görməyibmiş. Qonşularımız barəmdə pis

fikirlər deməmişdilər.Bunları sonra bildim,onda-

sa heç nə bilmirdim. Onda hələ Manyanın da nə

dediyini,necə dindirildiyini bilmirdim.

– Həmin gecədən sonra arvadınızı nə vaxt

gördünüz,Əli əmi?

– Üzləşdirmədə,bayaq demişdim axı.Manya

elə mən ona dediklərimi demişdi müstəntiqə.O

məni yaxşı tanıyırdı,bilirdi ki ölərəm,ancaq hadi-

sələri bizə bəlli olduğu şəkildə anlatmaram.Eh,

qardaşoğlu,bir də ki özləri istəmədilər bunu,yox-

sa bir qadından hər şeyi olduğu kimi öyrənmək

onlar üçün çətin deyildi.İşə də bir baş o əclafın

dayısı nəzarət edirdi.İstəmədilər,yoxsa belə iş-

lərdə heç bir təcrübəsi olmayan Manya kimi bi-

risi onlar üçün kimdi ki?

– Boks federasiyası tərəfindən müdafiənizə

girişən …

– Oldu! – Əli onun sözünü kəsib dedi, – Mə-

nim barəmdə müsbıt xasiyyətnamə verib,haq-

ımda da gözəl fikirlər söyləmişdilər…

– Elə bu qədərmi?

– İçkiyə az meyilli olduğumu,amma əsəbləri

min də yerində olmadığını demişdilər ki, bu da

dindirmədə yenə köməyim oldu.

– Onda bir yerdə işləyirdinizmi?

– Yox, onda bədən tərbiyəsi instutunda oxu-

yurdum,dördüncü kursdaydım.Müəllimlər də,tə-

ləbə yoldaşlarım da barəmdə müsbət fikirlər de-

mişdilər.Allah onlardan razı olsun.Bir də onlar nə edəcəkdilər ki,mən cinayət törətmişdim…Bir

də hər şeyin tez həll edilməsini mən özüm istə-

yirdim. Tələsirdim dörd divar arasına,anlayır-

sanmı? Hamıdan zəhləm gedir,heç kimi görmək

istəmirdim.Dünyada hamı gözlərimə o əclaf ki-

mi,Manya kimi görünürdü. Heç kimlə görüşmək

istəmirdim.Manyanısa heç görmək belə istəmir-

dim. Güllələnməyi onunla görüşdən üstün tutur-

dum.İstəyirfim ki hər şey mən istədiyim kimi ol-

sun,arvad haqq-hesabı olmasın arada.Uydurma-

mın yalana çıxarılmasından qorxurdum…

– Şübhə edirdiniz?

– Hə,bu hiss barəmdəki ittihamnaməni əlimə

alanadək də davam elədi,qovdu məni.Sonrası da səkkiz il…

Əli dayandı,nəzərlərini divardakı boks əlçək-

lərinə zillədi.Və Ağəliyə elə gəldi ki,çoxlarına adi görünən bu səkkiz rəqəminin arxasında bidən-

birə itdi,yox oldu bu kişi.”Səkkiz” rəqəminin əza-

bını təzədən çəkdi,ağrı-acısını yenidən daddı,ye-

nidən yaşadı.Üzünə bağlanan qapının nə xaxt

açılacağını barmaqlarını saya-saya gözlədi.O qapı arxasındakı vaxtsa başqa cürə ölçülürdü.

Dəqiqənin saata, saatınsa günə nisbətindəydi o

qapı arxasındakı vaxt ölçüsü.Kişi indi onları he-

sablayır,o qapı arxasındakı günlərini yaşayırdı…

– Əli əmi! – Ağəli dedi və onu xəyallardan

ayırdı.

– Bəli,qardaşoğlu.

– Bu səkkiz ildə yanınıza gəlmədimi Manya?

– Gəldi, – Əli kədərli bir vəziyyətfə dedi, – am-

ma onunla görüşməkdən imtina elədim,gətirdiyi

şeyləri də qəbul eləmədim.

– Niyə ki? – Ağəli təəccübunu gizlətmədi.

– Koloniya rəisinin müavini məni çağırdı,ar-

vadımla görüşməyimi,gətirdiklərini də qəbul et-

məyimi istədi.Xətrimi istəyir, mənlə rəftarında da yumşaqlıq,mehribanlıq vardı.Amma fikrim-

dən dönmədim,onu görmək istəmirdim.Bir saat

sonra nəzarətçilərdən hansısa mənə yaxınlaşdı,

bükülü bir kağaz parçası qoydu ovcuma.Açdım

oxudum.Manya yazmışdı:” Sənə sözüm vardı”.O kağızı çırıb atdım.

– Bir də gəlmədi?

– Yox,xasiyyətimi bilirdi.

– Nə deyəcəkdi,görəsən?

– Bilmirəm. Bunu çox fikirləşdim sonralar.

Amma bilmədim.

– Peşman olmadınızmı onunla görüşə get-

mədiyini üçün? Bəlkə onun deyəcəyi sözlər si-

zin əzablarınızı yüngüngüllədirəcəkdi? Axı,özü-

nüz də deyirdiniz ki,həmin gecə məsə femək is-

təyirmiş arvadınız sizə,elə deyilmi?

– Elədir,amma deyə bilmədi.

– Bəlkə elə o gecə deyə bilmədiklərini anlat-

maq üçün gəlibmiş?

-Bəlkə də…

– Sizcə dindirmələrin də,məhkəmə iclasları-

nın da istəyinizcə getməsi arvadınızın ürəyincə-

miydi,Əli əmi? Doğrudanmı,o sərbəstcə danışır

və duallara cavab verirdi?

– Sənə elə gələ bilər.Amma o ruhi xəstə kimi

danışırdı.Sanki sözləri də bir məngənə kimi çı-

xarırdılar boğazından.Danışarkən kimsənin üzü-

nə baxmırdı.Bir şey məni daha çox düşündürür.

– Nə,Əli əmi?

– Bir dəfə hakimin soruşduğu “Həmin gün

ilk dəfəydimi sizə gəlişi müfəttişin?” sualının cavabında o qəfilcə mənə sarı döndü üzümə baxdı,sonra da az qala qışqıraraq dedi:” Hə!..İlk

dəfəydi görürdüm onun murdar sifətini Kaş heç

görməyəydim!..”.Bunları dedikdən sonra da mə-

nə baxaraq ağladı.

– Bəlkə elə belə olub,Əli əmi? Arvadınızın bu

sirrin üstünü açmaq üçün yanınıza gəldiyinə

ianıram…

– Bilmirəm,qsrdaşoğlu,bilmirəm! Amma sə-

sində də,baxışlarında da bir qəribəlik vardı haki-

min o sorğuduna cavabda Manyanın…

– Bəli!- Ağəli onun sözünü kəsib,qətiyyətlə dedi, – O bizim bilmədiklərimizi deyəcəkdi həbs-

canaya gəişində o günü…

– Manya hakimə cavabı zamanı həmin gecə-

dəki kimi baxdı mənə.Nəsə demək istəyir,amma

deyə bilmədiyinə görə də samki ürəyi partlayır-

dı.Məmə görə susur,sözlərimdən çıxmaq istə-

mirdi,onda ona yazığım gəlirdi.Niyə qışqırmadı-

ğını,niyə qonşuları köməyə çağırmadığını hakim

ondan soruşduqda Manya alçaqdan,həm də çox qəzəblə dedi:” Çünki o əclaf ölməliydi!..”.Ha-

kim soruşduqda ki nə qazanırdın onun ölümüy-

lə,kömək çağırsaydınız,indi əriniz məhkəmə qar-

şısında da belə oturmayacaqdı sualına da onun

cavabı bu cürə oldu:” Ona görə ki,o ölməliydi!..

Ona görə ki, o əclafın ölməyini istəyirdim!.. O mənim ərimin tayı deyildi,ərimin şərəfini tapda-

maq istəyirdi…O murdarıydı,namərdiydi!..”.Ha-

kim soruşdu:” Ərinizin şərəfini taptamaq idtəyir-

di deməklə nə anlatmaq istəyirsiniz?”. Manya

dedi:” O ölməliydi,amma ölmədi! Ona görə ki,uğ-

runda ölümə belə hazır olduğum bir adama böhtan atır,onu ləkələməyə çalışırdı.Amma ləkə-

ləyə bilmədi,həvısi ürəyində qaldı.O ölməliydi.

Ölmədiyinə təəssüflənirəm!…”.

– Bunda bir iş varmış,Əli əmi!- Ağəli üz-gö-

zündən axan təri silib,dedi, – Sizə belə gəlmirmi?

– Manya bunu deyərkən zaldakıların üzünə

baxsaydın,qardaşoğlu! Orda oturanların çoxu

ona əsil bir qatil kimi baxır,nifrətləri də gözlərin-

dən süzülürdü.Manyasa onlra fikir vermirdi.Mə-

nə elə gəlirdi ki,Manya nəsə demək,anlatmaq is-

təyir,amma mənim xətrimə də susur…

– Görən,nə demək istəyirmiş?- Ağəli dözmə-

yib,onun sözünü kəsdi.

Əli nəzərlərini pəncərəyə dikib,susdu. Ağəli-

yə elə vəldi ki, o indi məhkəmə zamanı keçirdiyi

anları yaşayır,Manyanın hakimə dediyi o sözlə-

rin mənasını arayır və onun baxışlarında açıq-

aşkar bir peşmançılıq vardı.Nəhayət dedi:

– Bilirsən,qardaşoğlu, o gecəni fikirləşəndə başqa şeylər də gəlir beynimə.Sənə necə deyim

nə fikirləşdiklərimi? Anlaya bilmirəm.Bilirsən nəyi?

– Nəyi,Əli əmi?

– Mənə elə gəlir ki Manya o gecə yataqdan

sıçrayıb qalxdıqda məndən çox o əclafın öz ya-

nında olduğuna təəccüblənir və bunu heç cürə

ağlına sığışdıra bilmir.Sənə demişdim,mən onu

əzişdirəndə birdən elə bildim ki,Manya sevinir və özü də mənə kömək etmək istəyir…

– Bunu belə başa düşə bilmərikmi ki,doğru-

dam da Manya bundan xəbərsizmiş?

– L barədə də fikirləşmişəm.Çox fikirləşmi-

şəm.Axı,o əclafın mənim evimdə nə işi ola bilər-

di ki? O evin qapısı bir nəfər tərəfindən onun üzünə açılmalıydı,ya yox?.. Bəs şampan şüşəsi?

Manya bircə dəfə də mənlə içməmişdi.Heç mən

özüm də bunu istəməzdim.Hər bir ehtiyat üçün-

sə soyuducuda konyak olardı fəsadüfi qonaqlar

üçün… Yox,qardaşoğlu,yox! Bu iş zorla ola bil-

məzdi,Manya bilərəkdən emmişdi mənə xəya-

ti,xəyanətin buynuzu olmaz ki!..Ola bilsin,bayaq

sənə dediklərim də hamısı bir əfsanə,boş bir nağılmış…

– Nə yəni?- Ağəli şübhəli baxışlarla soruşdu.

– Onlar da yəni…Nə bilim “gözümə belə gö-

ründü…” , ” Mənə belə gəldi…”, daha nə bilim nə

oldu…Hamısı havayı şeyiymiş,özümü aldatma-

ğıymış.Bəlkə elə Manyanın mənə demək istə-

dikləri də boş şeymiş…


Ardı var.

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net