Kim oxumaq istəsə tam şəkildə səhifəmdə var.



Aslanlı qəbristanlığı


 ( poema.)


6-cı bölüm.


Hammı heyran qaır ğözəlliyinə,

Dağına, dərənə, düzənliyinə.

Yaltaqlar baş əyən özəlliyinə,

Qoymaram ki, qəlbim əl çala, dünya.

Zaur inanmadı öz qulağına,

Məhkəmə bəraət verirdi ona.

Əğər belə isə, onda bəs Nigar,

Niyə hesab etdi onu günahkar?

Bəlkə səhv eşitdim, eləysə nədən,

Hamı təbrik edir Zauru qəlbən?

Bəs Nigar hardadı, niyə gəlmədi?

“Gözün aydın olsun, Zaur”, demədi?

Bəlkə o sevmirdi?, yox, yox sevirdi,

Dünyada hamıdan çox söyləyirdi.

Elə isə onda, “sevgi” bu imiş?

Yoxsa yaz leysan, axar su imiş?

Haradan başlayır?, bilən yox bunu,

Ancaq hicran vaxtı görünür sonu.

Sən demə ürəyə dərin iz salır,

Ah – nalə, fəğantək qəlbində qalır.

Beləcə fikirlər üzdü Zauru,

Ələm başdan başa süzdü Zauru.

Nigarsız dolanıb, Nigarlı gəzdi

Nigarlı günləri qəlbini əzdi…

Tamam dəyişmişdi o hadisədən,

Həzz ala bilmirdi, sanki heç nədən.

Sakit işə gəlib, sakit gedirdi.

Halı dostlarını məyus edirdi.

Hamı anlayırdı, duyurdu onu,

Bilirdi səbəbin eşq olduğunu.

Səhərdən axşama əlləşib onlar,

Könlünü almağa çalışırdılar.

Sevgi bülbül deyil, hər gülə qona,

Arı da deyildir, min şirə sora.

Sevginin mənasın, ey nazlı sona,

Ürəyi od tutub, yanandan soruş.

Zaur otağında işləyən zaman,

Səlim daxil oldu, pərişan oğlan,

Muştuluğumu versən, bir şey verəcəm,

Sən oxuyacaqsan, mən sevinəcəm.

-Ver görüm, hazıram hər nə istəsən,

Razıyam verməyə təmiz ürəknən.

-Onda bir qonaqlıq, sənə məktub var,

Nigardan gəlibdi.

-Nə dedin, Nigar?

-Yaxşı, sözümüz söz, qonaqlıq məndə,

Yığılıb, oturaq bu gələn şənbə.

Əvvəlcə məktubu qoxudu Zaur,

Açaraq kağızı oxudu Zaur.

“Salam, Zaur, yəqin küsmüsən məndən.

Qaçmaq istəyirəm özüm özümdən.

Nahaqca sındırdım sənin qəlbini,

Özüm əldən verdim səadətimi.

Ancaq aldatdılar məni, aldandım,

Özümü aldadıb, sevgimi dandım.

Ömrümə qış gəldi, demirəm yazdır,

Demirəm qarşında günahım azdır.

Qardaşım söylədi, subay deyilsən,

Arvad, uşağın var, guya evlisən.

Dalaşıb onunla bir qız üstə sən,

Sonra da heyfini çıxmısan məndən.

İnanıb sevgimi heç vaxt danmazdım,

Qəza olmasaydı, mən inanmazdım.

Zaurum, sən Allah başa düş məni,

Unuda bilmirəm, sevirəm səni.

Unut olanları, gözləyirəm mən,

Gəl sabah görüşək çıxanda işdən.

Bəlkə də gəlmədin, səndə məhəbbət,

Qalıbsa…,gələrsən, gələrsən əlbət.

Səlim gülə – gülə qalxdı ayağa,

-Keyfin açıldımı, söylə, ay qağa?

Görüşə gedəcən sən onun üçün?

-Bəli, gedəcəyəm olsam da küsgün.

Qucaqlayıb onu təbrik elədi,

Zaura bu yolda ağ gün dilədi.

Səlim getdi, qaldı öz təkliyiylə,

Öz fikri, öz hissi, düşüncəsiylə…

Hələ qurumayıb gözümün yaşı,

Verdiyin dərd ilə ağartdım başı.

Mənim taleyimə atdığın daşı,

Axı çox iridir, parçala, dünya.

Beləcə otaqda xəyala daldı,

Nigarlı günləri yadına saldı.

Bu da çox keçmədi, qapı döyüldü,

Qapı arasından bir baş göründü,

-Olar, ya məşğulsuz, bu gün siz yenə?

-Yox, məşğul deyiləm, buyur Nərminə.

-Teleqram verəcəm, bir şey ol boyun.

-Doyunca içəcəm olanda toyun.

-Razıyam, götürün, qaçaraq güldü,

Zaurun sevincdən dizi büküldü.

Gördü ki, qəlbindən sevinc yüksəlir,

15 ildən sonra atası gəlir..

“Qarşıla,gəlirəm. Vahid Aslanlı.”

Düzgünmü oxudu, yanılmadımı?

Atası qatarla gec gələgəkdi,

Hər halda 5 üçün görüşəcəkdi.

Ürəyim sevincdən partlamasın kaş,

Necə partlaması, o ki, deyil daş.

Bir belə sevinci o hardan görüb?

Görübsə də ancaq kənardan görüb.

Zaur tələsirdi, vaxt tələsmirdi,

O saata baxdı, hələ 11-di.

Dörddə çıxmalıydı, çatsın qatara.

Vaxt uzun, sevincsə çəkirdi dara.

Bu gün ilk dəfəydi, vaxtı qovurdu,

Saatsa sakitcə dövrə vururdu..

İstədi işləyib, başını qatsın,

Bəlkə bu yol ilə vaxtı qısaltsın.

Ancaq işləməyə qoymadı fikir,

İnsan belə anda, gör nələr çəkir?..

~ ~ ~ ~

Nəhayət oturub sükan dalında,

Düşündü özünü “xöşbəxt” bir anda.

Elə bil dəryada üzürdü Zaur,

Sevinc səmasında süzürdü Zaur.

Mənalı göründü hər şey gözünə,

Sanki təbiət də güldü üzünə.

Neçə yol qoynundan keçdiyi dağlar,

Necə də gözəldi, baxdı o ki, var.

Zaur düşündü ki, çox qəribədir,

Bu cür sevinməyin mənası nədir?

Qəlbindən səs gəldi,

-Sənin ki atan,

İndi bura gəlir, axı qatarnan.

-Niyə o gəlmirdi, bəs ac olanda,

Bir tikə çörəyə möhtac olanda?

Evindən qovulan bir yetim idim,

Yüzlərlə səfildən mən də biriydim.

Bu gün aldığımı səhər satırdım,

Bir tikə çörəyi güclə tapırdım.

İş tapa bilmirdim, yaşım az idi,

Ən yaxşı söyüşüm “yaramaz” idi.

İnamım yox idi, çıxam sabaha,

Parklarda yatırdım, Allah-Allaha.

Nə deyib yad edir, indi o məni,

Yoxsa unudubmu, olub-keçəni?

Düşündü…,qəlbini qəm aldı indi…,

Zaurun qəlbini qəm aldı indi.

Gözləri güzcüyə sataşan zaman,

Gördü ki,bir maşın gəlir arxadan.

Bildi ki,sürücü sərxoşdu bir az,

Yoxsa rəqqasətək, maşın oynamaz.

Sürəti azaltdı, o yavaşıdı.

Tanıdı, Nigarın bu qardaşıdı.

Təmiz yaxınlaşıb sal uçuruma,

İstədi yol versin Zaur oğlana.

Göymü guruldadı, ildırım çaxdı?

Bəs niyə maşını havaya qalxdı?

Bilmədi həqiqət, ya bir yuxuydu,

Birdən o, qəlbində rahatlıq duydu…

Fərqi yox elimli, ya da bixəbər,

Ağ xalat göstərir onu mötəbər.

Bütün baxışlarda ümüd közərər,

Hardasa haraya çatanda həkim.

Ay Sakit, yaxşı ki, hamı dərk edir,

İnsan bu dünyanı bir gün tərk edir.

Bəzən aciz qalır, gizli deyildir,

Xəstəyçün doğan gün batanda həkim.

Nə bir söz deyən var, nə də danışan,

Həkimi gözləyir, hamı nigaran.

Gözlərdən yalnız bir sual oxunur,

“Sağmı qalacaqdır, görəsən Zaur?”

Həyəti doluydu xəstəxananın,

Əzabı böyükdü ötən hər anın.

Həkim ağır-ağır çıxdı qapıdan,

Bir sual oxunur, gördü hamıdan.

O baxa bilmədi, getmək istədi,

Bu zaman bir qoca irəli gəldi,

– Sağdır, yaşayacaq Zaurum mənim?

– Gec idi, mən heç nə edə bilmədim.

Qoca bir ah çəkdi, sanki qocaman,

Palıdı ildırım vurdu bu zaman.

O,

-Oğlum, deyərək, yıxıldı yerə.

Həkim cəld nəbzini götürdü ələ,

– Bu qoca kim idi?, kimi var bunu…

Kimsə tanımadı kim olduğunu.

Axtarıb cibini sənəd tapdılar,

Gördülər Zaurla doğma qandılar…

Epiloq…

Unuduldu çox şey, dolandı illər,

Rayon dönüb oldu gözəl bir şəhər.

Mədəniyyət evi, böyük binalar,

İnsanlar durmadan yaradırdılar.

Planlar Zaurun layihəsiydi,

Yuxusuz günün nəticəsiydi.

İndi torpaq altda uyuyur Zaur,

Nə bunu hiss edir, nə duyur Zaur.

Onu dəfn etdilər layihə üzrə,

Qəbristanlıq üçün seçdiyi yerə.

Qoşa dəfn etdilər, ilk sakinləri,

Aslanlı çağırdı, hamı bu yeri.

Kim daxil olsaydı qəbristanlığa,

Qəbrə baş əyərdi, o, bir anlığa.

Hər axşam buraya bir qız gəlirdi,

Məzarın önündə o əyilirdi.

Sonra da təzə tər güllər düzürdü,

Gözündən güllərə o, yaş süzürdü.

Xəyala dalardı, səssiz baxardı,

Kimləsə görüşüb, sonra çıxardı.

Görünür o qızın bu adətiydi,Axı burda yatan səadətiydi…


Son.


Sakit Memmedova
www.kafiye.net