Aslanlı qəbristanlığı.

( Poema)

(5-ci bölüm)



Təklik yaman şeydir,aparar səni,

Kədərə ürəyin sipər olanda.

Silərlər sinəndən çəkdiyin qəmi,

Dostlar aralıqda çəpər olanda.

Saat beş tamamda yığılıb dostlar,

Görülən işlərdən söhbət açdılar.

Məktubdan başladı ilk öncə söhbət,

Özünə çatdırdım, dedi, Əzəmət,

– Başçı da qarışdı bu məsələyə,

Hakimə zəng etdi, mühümdür, deyə.

Ondan xahiş etdi çox uzatmasın,

Günahı yoxdursa, bəraət alsın.

Hakim söz verdi ki, mütləq baxarıq,

Günahı olmasa, tez buraxarıq.

Səlim söylədi ki,

-Mən vəkil tapdım,

Bütün olanları ona anlatdım.

Hadisə yerinə əvvəl gedəcək,

Sonra Zaur ilə söhbət edəcək.

Elə bil quruyub, olmuşdu bir daş,

Nitqi tutulmuşdu, susurdu Qaraş.

Onun bu halını görüb Gültəkin,

Dedi:

– Hələ bir söz söyləmir həkim.

Ancaq deyəcəyim bu mühüm xəbər,

Yəqin işimizə vuracaq zərər.

Taleyi Zaura min kələk qurub,

O, öz sevdiyinin qardaşın vurub.

Biləndə qız coşdu, çıxartdı bizi,

Yaman təhqir etdi, hər brimizi.

Sevinc ürəklərdə dondu bir anlıq,

Sevinən qəlblərə kökdü qaranlıq…

Getdi uşaqlığım, bitdi gəncliyim,

Əzəldən qaraymış demə taleyim.

Bicanə əlində qalan mənliyim,

Qoymaram sənintək alçala, dünya.

Üçüncü gün vəkil gəlib yanına,

Dostlarından “salam” yetirdi ona,

-Sizi sarsıtmasın qoy bu halınız,

İşi udacağıq, çoxdu şansımız.

Zaur bildirdi ki,

– yox ehtiyacı,

O, yola baxardı, olsa əlacı.

Vəkil bildirdi ki,

– O yola baxdım,

Maşın dayanmağın, axır ki, tapdım.

Hamam üçün gedən par boruları,

Qızdırıb o yeri, əridib qarı.

Daha bir şad xəbər söyləyim sənə,

Bu gün zəng vurmuşdum, həkimlər mənə,

Dedilər, qorxulu bir şey olmayıb,

Uşağa sürünüb, maşın vurmayıb.

Kimsə xahiş edib, işindən ötrün,

Hakim irəliyə salıb yeddi gün.

Sabah məhkəməndir, mütləq gələcəm,

Qardaştək mən sənə kömək edəcəm..

Yatmadı gecəni səhərə qədər,

Gah seving bürüdü, gah da ki, kədər…

– Qalx!, məhkəmə gəlir,

Zaur da gəldi.

Baxışlar bir snda ona dikəldi.

Nigar gördü, Zaur necə sınıxıb,

Sanki şax palıdın beli qırılıb.

Nəzər yetirəndə Zaur salona,

Gördü ki, min sual dikilib ona.

Gördü iş yoldaşı Səlim, Qaraşı..

Birinci sırada Nigar, qardaşı.

Ah, sən niyə belə dolmusan, Nigar?

Vaxtsız qönçə kimi solmusan Nigar.

Nigarın yaş dolu gözünə baxdı,

Qəlbinə qəm dolu bir şer axdı;

Gözlərin söyləyir,min aləmlisən,

A mənim Nigarım,niyə qəmlisən?

Suallı dikilib gözün, gözümə,

Bir aman vermədi sözün, sözümə.

Səndən xəlvət deyir, gözün gözümə,

Üzümə gülsən də, gözü nəmlisən,

A mənim Nigarım, niyə qəmlisən?

Gəl qaytar ömrümün xəzan çağını,

Vaxtsız ünvanını azan çağını.

Zaurun səninçün yazan çağını,

Gəl qaytar, axı sən ədalətlisən,

A mənim, Nigarım niyə qəmlisən?

Gözü yaşla doldu, çevrildi yana,

Hakim sual verdi, bu zaman ona,

– Müttəhim, vəkili etiraz etdiz,

Bəlkə səbəbini bizə deyəsiz?

– Mülkü müdafiə, belə dərslik var,

Orta məktəblərdə keçir uşaqlar.

Öyrədirlər onu hər şəxs özünü,

Müdafiə etsin, desin sözünü.

Əla oxumuşam dörd kursunu mən,

Vəkil lazım isə nəyə gərəyəm?

Bir sual başqasın əvəz elədi,

Suallar yığıldı, onu təklədi.

Gördü, baxa bilmir, ağlayır Nigar,

Hiss etdi qəlbində min sızıltı var.

İstədi qışqırsın, ağlasın o da,

Bu gülüng olmazmı tanışa, yada?

Zaur düşündü ki, nə var gülməyə,

Kişilik lazımdı dərdə dözməyə.

Mən ki, qaçmamışam bir an da dərddən,

Üzümdə gülmüşəm, ağlayıb qəlbən.

Açaraq gözünü ağlayır dərddən,

İlk dəfə dünyaya gələndə insan.

Utanır ağlamır, ağlayır qəlbən,

Gözündən yaş süzür, güləndə insan.



( ardı var.)



Sakit Memmedova
www.kafiye.net