Aslanlı qəbristanlığı


( poema )



4-cü bölüm.




Allahla başladı sözüm, söhbətim,

Bir daha ürəyim sevinər, çətin…

“Dərdlilər güləcək”, yalanmış vədin,

Adın da bir quru sözdümü, Yarəb?

Qışın oğlan çağı, buz idi yollar,

Zaur tələsirdi, gözləyir Nigar.

Dal təkər sürüşür, Zaur qaz verir,

Yolumu gözləyir Nigarım, deyir.

O, yamanca çaşdı, üç uşaq birdən,

Sürüşə, sürüşə çıxdılar tindən.

İkisi ötüşdü, biri qorxudan,

Yolun ortasında dayandı oğlan.

İndi neyləməli?, bu yanı divar,

O yana da sürsəm, oğlan məhv olar.

Düşündü bir anda, yalnız divara,

Ölüm yaraşarmı, xırda uşağa?

Döndərdi sükanı, əyləci sıxıb,

Ölümü gözlədi, gözünü yumub.

Ancaq alınmadı, maşın dayandı,

Gözlərini açdı, inananmadı.

Maşın dayansa da uşaq yıxılmış,

Düşündü ki, yəqin maşın çırpılmış.

Qaldırdı uşağı, qoydu maşına,

Lənətıər yağdırdı tale daşına.

Xəstəxana yolu sürdü birbaşa.

Vay o gündən insan bu anda çaşa,

-Özünüz zəng edin, həkim “öyüdü”.

Zəng etdi polisə, işlər böyüdü…

” Başı yarılıbdı, şokdadı uşaq,

Tərpətmək yaramaz, burda qalacaq”…

Müstəntiq Zaurdan izahat aldı,

Növbətçi bağlı bir otağa saldı.

Dəmir qapıların şaqqıltısından,

Elə bil ayıldı Zaur yuxudan.

Zəif işıq yanan soyuq otaqda,

Uzandı betondan düzələn taxta.

Ümidi qırıldı, qəlbi sıxıldı,

Elə bil səmadan yerə yıxıldı..

Hamıya əl edir, gəl-gəl söyləyir,

Yaxşını bəyənmir, pisi bəsləyir.

Arxadan vurmağa fürsət gözləyir,

Əzəldən xoşlayır ah-nala dünya.

Xəbər yetişəndə qaldılar çaşbaş,

İşdə matəm kökdü, ağladı Qaraş.

Gözlər yaşla doldu, sinələrdə ah,

Hərəsi özündə gəzdi bir günah.

Onun katibəsi, dəcəl Nərminə,

Bir stəkan çayı alıb əlinə,

Gedib kabinetin qapısın açdı,

Stulu boş görüb, ağlayıb, qaçdı.

Yerindən təmkinlə qalxaraq Səlim,

Dedi,

-Xeyir tapmaz naləylə heç kim,

Gəlin biz birləşib, dalında duraq,

Zaura ən yaxşı bir vəkil tutaq.

Qaraşla, Gültəkin xəstəyə dəysin,

Nə lazımsa orda köməy eləsin.

Kollektiv adından Başçıya yazaq,

O da bizlə olsun, gəzməsin uzaq.

Bu təklif gözləri qurutdu bir an,

Hamı razılaşdı, bu danışıqnan.

Onlar tələsmədən, plan cızdılar,

İlk öncə Başçıya məktub yazdılar.

Xahiş elədilər, kömək eləsin,

Lazımı yerlərə ğöstəriş versin.

Yaxşı vəkil tapar soruşdular, kim?

Bu işi üstünə götürdü Səlim.

Pul yığıb verdilər Qaraşa ki, sən,

Xəstə sahibinə orda verərsən.

Gözləri dörd olub, axtarır xəstə,

Ölüm yatağında yatanda, həkim.

Ona qüvvət gəlir, ona can gəlir,

Onun son anına çatanda həkim.

Yetişib o yerə Gültəkin, Qaraş,

Otağı öyrənib, qalxdılar birbaş.

Qapıdan girəndə Qaraş duruxdu,

Niyə gəldiyini sanki unutdu.

Xəstənin yanında durmuşdu Nigar,

Qaraş şübhələndi, onluq nə iş var?

Başı bağlı uşaq, şokda yatırdı,

Nigar çaşqın halda ona baxırdı.

Astaca Qaraşın yanına gəlib:

-Zaur hardadı ki, sizi göndərib?

O sözü fırlatdı,

-hələ bir az döz,

De xəstə necədir, verirlərmi söz?

Nigarın bir anda gözləri doldu,

Verdiyi suala peşiman oldu.

-Dünəndən özünə gəlmir qardaşım.

Qurudu boğazı, dili Qaraşın.

Düşündü, bu tale necə yazılıb?

Elə bil Zaurun yolu qazılıb.

Ancaq həqiqəti o deməliydi,

Zaur vurduğunu qız bilməliydi.

Onun gözlərinə baxmadan güclə,

Kimin vurduğunu, gətirdi dilə.

Xəbəri eşidib, Nigar bayıldı,

İynə vurulandan sonra ayıldı.

-Demək düz deyirdi, qaqaşım mənə,

Nahaq inanmırdım o söyləyənə.

Varmı onun kimi namussuz adam?

Cəzasın alacaq, görür Yaradan.

Rədd olun buradan, otaqdan çıxın,

Yoldan tapılmayıb, uşağı xalqın.

Çıxdılar qapıdan, Qardaş, Gültəkin,

Bütün yol boyunca dinmədi heç kim…

Namərdi qaldırıb, dağ eyləyirsən,

Mərdi yerə vurub, lağ eyləyirsən.

Dərdləri çatlayıb, tağ eyləyirsən,

Sən bizi salırsan nə hala, dünya?

İki gündən sonra görüş verdilər,

Bir xanım, bir oğlan gəlib, dedilər.

Zaur düşündü ki, yəqin. Nigardır,

Görəsən yanında bəs kimlər vardır?

Gələn Nigar idi, onunla niyə,

Gələ bilməzdimi tək görüşməyə?

Üzdən tanıyırdı, Zaur oğlanı,

Bir an yada saldı, həmin axşamı;

O günü piyada gedirdi evə,

Başını qaldırıb, boylandı səsə.

Əlində bıçaq var gördü oğlanın,

Qıza çıxarmışdı, dedi,

-Dayanın.

-Sən kimsən?, deyərək söyəndə onu,

Yalnız sambo dedi, kim olduğunu.

Verərkən bıçağı, alaraq oğlan,

Dedi,

-Göstərərəm sənə, baxarsan.

Artıq söz demədi, Zaur oğlana,

Baxaraq, başını buladı ona.

Axı Niğar hara, bu oğlan hara?

Yoxsa mənliyimi çəkirlər dara?

Varmı mənim kimi kimsəsiz qalan?

Bu zaman fikirdən ayırdı oğlan,

-Yerin istidirmi, söylə, ay memar?

Tikdiyin binadan sənə bu çatar.

O vaxt batırmadım qana əlimi,

Qardaşımdan çıxdın mənim heyfimi.

Çıxartdılar onu, Nigar tək qaldı,

Özü danışmırdı, gözü sualdı.

-Söylə, niyə məni aldatdın, Zaur?

Ömürlük qəlbimi ağlatdın, Zaur?

Niyə düşünmədin bir an sən məni?

Mən ki, düşünürdüm hər zaman səni.

Söylə, niyə vurdun sən qardaşımı?

Niyə rəva gördün, bu göz yaşımı?

Heç olmasa heyfin çıxdımı, Zaur?

Qəlbindən qara qan axdımı, Zaur?

Müqəddəs bir kişi bilirdim səni,

Səndəmi kişisən, görəsən yəni?

Son özün qaçaraq söylədi Nigar,

-Məni ağlar qoydun, qalacan ağlar.

-Nigarım, bir dayan, eşit sözümü..

Qaçdı o, nifrətlə süzüb gözünü..

Zaur fikirləşdi, ax bu nə işdi?

Getdi səadətim, hər şey dəyişdi.

Maşın yox, taleyim çırpıldı daşa,

Məni heç Nigar da düşmədi başa.

Kişilik doğrudan varmıdır məndə?

Mən ki, susmamışam yeri gələndə.

Qızın görüşünə tələsdiyimdən,

Vurub qardaşını zədələmişəm.

Sükanı burmuşdum, mən ki, gücümlə,

Ölümü seçmişdim öz istəyimlə.

Qəlbindən səs gəldi,

-Elə isə sən,

Niyə sağ qalmısan, bəs ölməmisən?

-Deyirsən ölmədim, axı nə fərqi?

Ölsəydim çəkməzdim bir belə dərdi.

Vicdan dönüb oldu zalım bir hakim,

Özü qarşısında oldu müttəhim.

Gördüyü işləri daraqladı o,

Bütün keçmişini varaqladı o.

Hakim inanmadı, dedi,

-Bu qəsddi!

Bilmədi doğrudu, ya adi səsdi…



( Ardı var.)


Sakit Memmedova
www.kafiye.net