Aslanlı qəbristanlığı


(poema)



3-cü hissə.




O vaxt uşaq idim, hərə bir yandan,

Birisi moizə, birisi Quran,

Dedilər, haqq tanı, səni Yaradan,

Xöşbəxt edəcəkdir, düzdümü Yarəb?

Onun işlərinə geyindirib don,

Ondan danışırdı, bütöv bir rayon.

Zaur fikirləşdi, iclas keçirsin,

Orda öz fikrini izah eləsin.

Söyləsin sözünü qoy kim istəsə,

Sonda layihəsi qoyulsun səsə.

Əgər səsi udsa, layihə, qərar,

Bakıya bir getsə, daha düz olar.

Dərdliyə qəfəsdir, dərdsiz gözündə,

Bənzər bədirlənmiş hilala dünya.

İçə bilməyənə yarımçıq süzər,

İçənə dopdolu piyala dünya.

Salon uğuldayır, salon gurlayır,

Hamı burda özün “haqlıyam” sayır.

Məgər qəbristanı ordan köçürmək,

Yerində ya bina, ya məktəb tikmək,

Ruhunu incitməz bu babaların?

Axırımı çatdı namusunu, arın?

Ya olsun o bizi bir kişi saymır,

Ya da ki, kafirdir, dini anlamır…

İcradan bir nəfər səsə qoyuldu,

Bu günçü iclasa o, sədr oldu.

Katib Güllü oldu, baxıb ərinə,

Durub ağır-ağır keçdi yerinə.

Sədr sakit edib bütün milləti,

Özü çox təmkinlə açdı söhbəti.

Molla Mirəliyə verdi ilk sözü.

Bissmillah eylədi, söylədi,

-Düzü,

Vallah bu söhbətə lap qalmışam mat.

Ruhlara təhqirdir, axı camaat.

Zaur bəyin orda doğması olsa,

Ora toxunmadı, dünya dağılsa.

Bu cürə çıxışlar, baxışlar yanlış,

Salonda yox idi müsbət oyanış.

Qalxdı Əliş kişi,

-Qoy mən danışım,

Elə görə, görə ağarıb başım.

Görürəm burada “mən-mən” deyirlər,

Bu gözəl təklifi yan eyləyirlər.

Qalx görüm ayağa, ay Mahiyədddin,

Bayaqdan gah namus, gah qeyrət dedin.

İşləməkdən ölür arvadın Nisə,

Niyə işləmirsən, sən kişisənsə?

Səninlə əyləşib özü yan-yana,

Dur özün nəql elə, ay Xanım ana,

Uzaqdan bir meyit gördüyü üçün,

Nəvən sarılıqdan yatdı neçə gün?

Babandan qalıbdı, o dövlət, o var,

Qəbri ot basıbdı axı, İftixar.

Çıxarıb bir manat pul verə idin,

Mənim də babam var, burda deyərdin.

İndi sağ olsun ki, abadlıq üçün,

Layihə işləyir, çürüdür ömrün….

Çoxlu ünvanlara sözünü atdı,

Elə bil hamını Əliş oyatdı.

-Eh, daha nə deyim?, verin qərarı…

Salon uğuldayır, salon gurlayır,

Sonuncu xəbəri rayona yayır.

İclasın qərar, “işi Zaurun,

Qoy mütləq Bakıda təsdiq olunsun.”

Vüsala yetirən, əziyyətlə sən,

Qoymur sevinəsən, öz zəhmətindən.

Dadını göstərib, alır əlindən,

Sanki bir həsrətdir vüsala dünya.

Qurtarıb işini bir neçə aydan,

Cavab gözləyirdi, Zaur Bakıdan.

Demişlər, “baxarıq, bir az səbr elə,

Başı qaşımağa vaxt yoxdur hələ”.

İndi nə bir dərdi, nə qəmi vardı,

Nigar tək dərd bilən həmdəmi vardı.

Nigar iki qardaş, tək bacı idi,

Onun da həyatı çox acı idi.

Valideyni toya gedərək kəndə,

Qəzada ölmüşlər geri gələndə.

Unutdurmaq üçün qıza bu dərdi,

Ona uf demədən, canın verərdi.

O artıq Nigarı ürəkdən sevir,

Bu sevgi Zaura nələr söyləmir?

Bəzən o sevgidən ilham alırdı,

Qəlbi şairləşir, şer yazırdı.

Şe(i)ri görməz idi bir yad nəfəsi,

Nigardı oxucu, həm tənqidçisi.

Günləri ötürür Zaur beləcə,

İşindən nigaran qalmışdı təkcə.

Düşünurdü artıq özünü xöşbəxt,

Bilmirdi gözləyir onu nə fəqət..



( Ardl var )




Sakit Memmedova
www.kafiye.net