Əziz rəfiqəm,könül sirdaşım dəyərli Roza Rustemova nın “mənə mesajında yazdığı “Solmaz Xanım gül həmişə”SƏNƏ GÜLMƏK YARAŞIR” sözünə o anda yazdığım cavab.


GÜLƏSİYƏM



Güldürsən güləsiyəm,

Öldürsən öləsiyəm,

Hər arzu istəyimi,

Səninlə böləsiyəm.



Gəl güldür gözlərimi,

Yay elə sözlərimi,

Gəzək dag- düzlərimi,

Bil onda güləsiyəm.

Bacım məni harayla,

Həm də qavalla-nayla,

Çağır nişanla- toyla,

O anda gələsiyəm.

Şad gündə,şad anında,

Qüvvət tapıb canımda,

Olacağam yanında,

Sevgimi böləsiyəm.

Çağır oğul toyuna,

Şeir yazım boyuna,

Qol qaldırıb oyuna,

Səninlə girəsiyəm.

Sanma adi söz deyəm,

Yalandan özüm öyəm,

Solmazam,kiməm- nəyəm,

Sən güldür, güləsiyəm,

Yoxsa ki,öləsiyəm.




Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}

22-10-202
www.kafiye.net