QADINLAR




Qəlbləri kövrəkdir, ruhları incə,
Tez sınar, inciyər, küsər qadınlar.
Bağlı kitabdı ki, oxunsa, öncə,
Olarlar böyük bir əsər qadınlar.



Deməyin oxumaq deyildir asan,
Səbr edib, dərinə gərək dalasan.
Bu böyük əsərin parçası olsan,
Bəxş edər çiçəkli bəşər*qadınlar.



Salsan sevgin ilə taleyinə vər,
Hər gününü eyləyəcək bəxtəvər.
Sevsə əgər bil ki, ürəkdən sevər,
Sevildikcə gözəlləşər qadınlar.



Əgər ki, eyləsən başının tacı,
Hər dərdi -sərinə tapar əlacı.
Etməsən bir damla sevgi möhtacı,
Olar dar gününə bir ər* qadınlar.



Günəş üzün tutar çatılsa qaşı,
Buludlar ağlayar, axsa göz yaşı.
Yaşının üstünə gəldikcə yaşı,
Olurlar təp-təzə və tər qadınlar.



Müəllif.Metanet Duyğulu.

12.10.2021.
www.kafiye.net