Məni unutdunmu?!



Nə soragin gəldi , nə səsin yoxdu,

Üstumdə əsdiyin nəfəsin yoxdu,

Səndən başqa inan, bir kəsim yoxdu,

Məni unutdunmu , yoxsa İlahi?!




Bəlkə də dərdimi deyə bilmədim,

Özümü unudub səni dinlədim,

İçimdə ağrıdım, səssiz inlədim,

Məni unutdunmu , yoxsa İlahi?!




Diqqətdən kənarda qaldım, keçmədi,

Bəxtimə düşəni aldım, keçmədi,

Ruh halı, xəyala daldım, keçmədi,

Məni unutdunmu , yoxsa İlahi?!




Özümə qapandım, küsdüm göylərdən,

Açilan əlimi üzdüm göylərdən,

Suallar içində bezdim göylərdən,

Məni unutdunmu, yoxsa İlahi?!




Bədahətən.Qələmsiz yazılanlar.





7.10.2021.
Xuraman  Camalqızı
www.kafiye.net