Özün gəl,…




Onsuz da soyuqluq baş alıb gedir,

Adları yaz,bahar,dərdləri saysız,

Urvatsız əçəllə ömürlər bitir.

Özün gəl, ,,xəzanı” gətirmə,payız.




Toy düyün olardı hər gəlişinlə,

Qızıl libasınla,bal gülüşünlə,

Heyranıq qış ilə, yay bölüşünlə.

Özün gəl,xəzanı gətirmə,payız




Sevmişəm neçə var sənin üzünü,

Sənlə boşaıtmışam leysan gözümü,

Sevirik ZƏFƏRdən qalan izini.

Özün gəl, xəzanı gətirmə, payız.




Analar çəkdilər oğul dağını,

Bəlkə qaytaralar Qarabağını,

İndi get pul ödə,gör öz dagını.

Özün gəl,xəzanı gətirmə,payız.




Çoxu şükür edir, guya dinclikdir,

Bil şəhid ruhları bizdən incikdir,

Qurulan arzular cilik–cilikdir.

Özün gəl, xəzanı gətirmə, payız.





Fəridə Köçərli.

26.09.21.

www.kafiye.net