YAĞIŞIN SİMFONİYASI



Sarıldı boynuma boyunbağıtək,

Mirvari damlalar pəncərəmizdən.

Dedi, misralara şəklimi bir çək,

Boyası duyğudan, fırçası sözdən.




İldırım çırpılıb qayaya, daşa,

Həzin damlaların kəsdi sözünü.

Toqquşan buludlar verib baş-başa.

Hər biri qorxudan sıxdı gözünü.




Qopub şimşəklərin məngənəsindən,

Yağış süzülürdü torpağa sarı.

Axıb təbiətin gen sinəsindən,

Baxıb seyr edirdi ağ buludları.



Hər damla sırayla düşdüyü yerdə,

Elə bil çalırdı “cəngi” havası.

Sükuta qərq olan böyük şəhərdə,

Yarandı yağışın simfoniyası.




Müəllif.M.Duyğulu.

18.09.2021.
www.kafiye.net