Bu romandan hissələri bunu məndən təkidlə istəyənlərin xətrinə paylaşıram yeni quruluşda..Oxuyacaqlarına inandığım üçün onlara təşəkkür edir və digər ədəbiyyat həvəskarlarından da boş vaxtlarında oxumala-

rını istəyirəm.Peşman olmayacaqlar.Və bunu

sırf ürəklə deyirəm.

Buyurun.

————-

ROMAN (Üç hissədən ibarət )– ” ƏKS-SƏDA “

( İkinci paylaşım )

****************

Növbəti dayanacaqlardan birində qatardan düşdü.Metrodan çıxıb yaxınlıqdakı ayaqqabı təmiri butkasına yaxınlaşdı.Qəzetə bümülü şeyi ona verdi:

— Haçana düzələr,həsən dayı?- deyə soruşdu.

Həmin adam qəzet bükülüsünü ondan aldı

Sonra da:

— Hannan elə skromnu olmusan,eloğlu-de-

di,- Bazar ertəsinə apararsan,inşaAllah.

Ordan çıxıb,nə qədər getdiyini bilmədi,yolun

kənarındakı ağaclardan birinə söykəndiyini də.
Hiss etdi ki,aralansa yıxılacaq.Beləcə dayandı,dayandı…
Bu Məmili kişi hardan gəldi düşdü yadına yenə?
Gəldi durdu gözlərinin qa-

bağında…Nə istəyidi ondan axı,bu qoca?..
Dayan bir görüm,döğrudan ha,nə təqsiri vardı bu Mə-

mili kişinin? Qoca adamdır,bu gün-sabah təqa-

üdə çıxacaq.Ağəliyə görə bais olmayacaq ki çö-

rəyinə.Tapşırıblar,vəssalam! Bir də qapıda dur-

maq,gəlib-gedənlərin üstündə göz olmaq onun

işidir.Niyə onun soruşmağı qəribə gəldi sənə,

Ağəli?..

Qocanı incitdiyi üçün sıxıldı.Sabah olsaydı,

üzr istəyərdi ondan.Yox,sabah şənbədir.Bazar

ertəsi də kim bilir növbəsidi onun,ya yox? Na-

haq iş gördün,Ağəli…Amma yox…Ona inanma-

lıydı qoca.Bilməliydi Ağəlinin pis yollara düşmə-

diyini,bilməliydi onun qabarlı əlləri yaxşılıqdan
savayı pis şeylər yazmaylb ömrünün sıhifələri-

nə.İnanmalıydı Məmili kişi ona.İnanmalıydı,vəs-

salam!..Buna bax,oğru zənn etdi məni.Eh,Məmi-

li kişi…Amma bir dur görüm,oğurluq eləmişdi

Ağəli…Bu da belə olmuşdu ki,bayram günü idi
və anasl da bir qırmızı alma götürüb,getmişdi

zibeydə xalanın görüşünə.Onda Ağəli xəlvətə salıb,
girmişdi toyuq hininə.Bütün yumurtaları

yığmışdı qoynuna,sonra da qaçmışdı yumurta

döyüşdürən uşaqların yanına.Hamısını da uduz-

muşdu…Anası bunu bilib ağlamış,sonra da evlə-

rində bir o qədər yumurta götürüb,getmişdi Zi-

beydə xalagilə ki “şuğlizmə” olmasın.Onda

Ağəlini də aparmışdı özüylə qulağından tutub.

Zibeydə xala da bundan o qədər gülmüşdü ki…

Həmin günün axşamı anası ona dedi:” indi sə-

nin çiynində oturan mələklər bunu yazdılar.Bir

də oğurluq eləsən,o dünyadakı qıl körpüdən ke-

çə bilməyəcək,dombalanıb düşəcəksən odlu qır

qazanlarının içinə”. Həmin gecə də səhərədək

Heç göz yuma bilməmişdi Ağəli.Elə ki göz yu-

murdu,qıl körpü bütün vahiməsiylə gəlib durur-

du gözlərinin qabağında.Vay dədə,vay!..Adam-

lar o qıl körpünün ortasına çatmamış dombala-

nlb düşürdülər odlu qır qazanlarının içinə.Hamı-

sının da əlində yumurta vardı…Hərdən də atası-

nı görərdi yuxularında.Və bu da onun ən çox ar-

zuladığı şey idi.Görərdi ki,atası əsgər geyimində

durub qabağında. Əllərini ona uzadıb:”Necəsən,

mənim balam?- deyir ,- Anan necədir?” Ağəli də

ağlaya-ağlaya:” Anam yoxdur,- deyir,- o da öldü.

Atdınız məni ikiniz də,yetim qoydunuz məni.Qı-

sıldlm əmimin qoltuğuna.Sənin üzünü heç gör-

mədim.Təsəllim də şəklin oldu,ata! Atalılara,

analılara baxdım,yandım-töküldüm.
Sizi axtardım,sizi səslədim.Səs vermədiniz.Bir daş

dibinə sığındım.Köynəyimin ətəkləri islanınca-

yadək hıçqırdım.Başımı torpağa,daşa,divara dö-

yəclədim.Dərlərimi suya,küləyə,quşlara,qarınca-

lara dedim…Daşların dibindəcə yuxladım.O daş-

ların sığalını hiss etdim üzümdə. Sizi yuxularda

gördüyüm o daş dibləri daha rahat,daha yum-

şaq görünürdü mənə əmimgilin isti yorğan-dö-

şəyindən.Əmim gəlib məni aparanda ona elə

açığım tuturdu ki…Kaş ordaca yataydım,səni

görmək üçün,ata!..Anamı görmək,onun qucağı-

na sığınmaq üçün,ata!..Anamın səsini eşitmək

üçün,ata!..”. Və görərdi ki,su sel kimi axır atası-

nın gözlərindən.Atası kölgə kimi yox olur.Üzaq-

laşır…Qaçardı atasının dalınca Ağəli.Atasısa ar-

xaya baxmadan gedər,hey gedərdi.Sonra da bir

dınizə çatıb,onun ləpələri üzərində addımlaya-

addımlaya birdən özü də ləpəyə dönüb,qarışardı

dənizə…İndi həmin yol kənarındadakı ağaca dir-

səkləndiyi anda da atası yenə əsgər geyimində-

cə gəlib dayandı gözlərinin qarşısında…

— Ey,vətəndaş!.. Nə quruyub qalmısan bur-

da? Tuluğuna az töksənə o zəhrimarı!..Nə qədər

ki ayıltma mıntəqəsinə aparılmamısan,sürüş burdan.Hə,tez ol görüm!..

Əvvəlcə bu sözləri eşitdi.
Sonra da qüvvətli bir şeyin köynəyinim yaxalığından tutub,onu məngənə kimi sıxdığını duydu.Silkələndi.Gözlə-

rini açdı Ağəli.Yox,qarşısındakı atası deyildi…Bu

enlikürək,ucaboy,qalınbıölı,barmaqlarının hər bi-

ri sosiska yoğunluğunda olan milis nəfəri idi.

Ağəli onu görəndə kimisə xatırladı. O kim idi?

Aha,tapdı…Özüdür ki var!..Bir zamanlar kəndlə-

rində kolxoz sədri işləyən adama oxşayırdı bu

milis nəfəri…Ancaq kolxoz sədri Murtuz kişi

uzunboğaz xrom sapoq geyinərdi.Və “Alyoşa”

adlı göy atın belindən düşməzdi yerə.Özündən

sonra da heç kimsə minməzdi a atı…Ağəli niyə

xatırladı Murtuz kişini? Bilmədi…Bunu fikirləşməyə vaxtı olmadı.

— Nə üz-gözünü turşutmusan,ay filan-filan

olmuş? Az vursana o zəhrimarı! Boy-buxununa

yaraşmır,axı!..

Bu adamlar niyə bu cürə baxırdılar ona? Bu

milis nəfəri niyə danlayırdı onu? Anlamadı Ağə-

li.Səsi titrəyə-titrəyə:

— Nə eləmişəm ki Murtuz əmi?-dedi,- Nə

eləmişəm,axı?

Və sonra da gülümsədi.Murtuz kişinin ona

vurduğu tək sillə üçün də ürəyi göynədi Ağəli-

nin.Amma qarşısındakı Murtuz kişi deyildi ki…

Möcüzə olmadı,bəs neylədi? Milis nəfəri də gü-

lümsədi.Əlini asta-asta vurdu onun çiyninə.Üzü-

nü tutdu toplaşanlara:

— Siz nöş yığılmızınız bura?-dedi,- Adam görməmisiniz bəyəm? Gedin öz işinizə!

Adamlar dağılışdılar.Milis nəfəri dedi:

— Xəstəsən ,bala,get evinə! Yazığın gəlsin özünə.
İstəyirsən,taksi saxlatdırım səninçün hə?

Milis nəfərinin üzündə qəribə bir mehriban-

çılıq vardı.Və bu mehribançılıq Ağəlini çaşdırdı.

Onu kiməsə oxşatdı,ancaq kimə oxşatdığını xa-

tırlaya bilmədi.Kimə bənzətdi bu kişini?.. İşə

bir bax,heç bayaqkı adama oxşamır…

— İstəyirsən,özüm aparım səni evinizə?– mi-

lis nəfəri təkrarən soruşdu.

Ağəli səsi boğula-boğula dedi ki yox,xəstə-

lənməyib,heç özü də bilmir nədən bu ağaca söykəndiyini.
Bir də anlatdı ki,o içən deyil,bir vaxtlar içsə də.
Bir də içməyəcək heç vədə.Bir

vaxtlar içib də,tullayıb da o arağı.Vəssalam!
Ölüb artıq onun üçün gəncliyini oğurlayan iblis gülüşlü araq…
Ağəli bunu da dedi ki,içəndə heç

belə olmayıb.Küçədə-filanda bir ağaca söykən-

məyib belə…Ağəli bunları,bunlardan da çox söz-

ləri dedimi,demədimi,özünün də xəbəri olmadı.

Amma qopmuşdu yarasının qaysağı.Bulud ol-

muşdu,dolmuşdu.Bircə himə bənddi ki yağsın.

Açsın ürıyini.Açsın sandığı,töksün pambığı.Qur-

tarsın sirr olub ürəyinin başında daş bağlayan,

deyə bilmədiyi “o şey”dən yaxasını.Hər şeyi de-

sin vergülünəcən,nöqtəsinəcən…Ancaq deyə

bilmədi.Səbəbi də bu oldu ki,həmin milis nəfəri

yavaşdan:

–Başa düşürəm səni,bala,anlayıram! Fikir

eləmə,hələ nə yaşın var ki?-dedi və çıxıb getdi.

O nəyi başa düşmüdü,nəyi anlamışdı? Bunu

bilmədi Ağəli.Diqqətlə baxdı onun arxasınca.Ye-

rişi də qəribə gəldi .Lap Cek Londonun Martini

kimi yeriyirdi…Yaxşı adamdı- deyə, fikirləşdi Ağəli.
Və yaxşı saydığı adamların siyahısına bir

nəfəri də əlavə elədi…Yox,onun yaddaşı pis de-

yildi.Məktıbdə əzbərlədiyi şeirləri indi bircə-bir-

cə də deyərdi.Amma xatırlaya bilmədi bu milis

nəfərini kimə bənzətdiyini.Bəlkə də sonra xatır-

layacaqdı,yadına salacaqdı o adamı,azmı olur

belə şeylər? İndisə xatırlaya bilmədi…Milis nəfə-

ri adamlara qarışıb,gözdən itdi.Və nədənsə Ağə-

li bundan kədərləndi…

( Ardı olacaq )



Məzahir İsgəndər
www.kafiye.net