Əziz dostlar,3 hissədən ibarət “Əks-səda”

romanımı kitab halında dərc elətdirsəm də,dərcindən razı olmamış,bu barədə bəzilərinə gileylənmişəm.Sanıram ki,kifayət dərəcədə də işlənməmişdir.O səbəbdən Allahın adıyla yenidən işləyir və paylaşıram.Yenidən kitablar halında çap elətdirə bilməsəm də,bir jurnalda sizlərə çatdırmaqda niyyətliyəm.Təsvir edilən hadisələr 40 il əvvəlləri əks elətdirir.

Özümü tərifləmirəm.Ancaq oxusanız daim paylaşımımı tələb edəcək,oxumaqdan da durmayacaqsınlz.Buna inanıram.

Buyurun.

—————-

“Ə K S – S Ə D A” – ROMAN (Üç hissədən ibarət )

( Birinci paylaşım )

******************

Düz saat səkkizdə qapıdan azca kənarda da-

yanan qoca növbətçiyə başı ilə salam verib,za-

voddan çıxdı.Heç beşcə addım atmamışdı ki,ar-

xadan həmin qocanın – Məmili kişinin azca mü-

layim, azca da sərt çağırışını eşitdi:

— Əyə, a bala, bir dön görüm!

Əlbəttə, bu sözlər ona aid idi.Qayıdıb, durdi

Məmili kişinin bir addımlığında.Soruşdu:

— Xeyir ola,Məmili dayı?

Məmili kişi bir xeyləy baxdı onun əlindəki bü-

külü şeyə.Sonra da soruşdu:

— Nədi bu qəzetdəki?

Şimşəkdən də güclü bir şey çaxdı Ağəlinin başında.Səksəndi.Ufuldadı da. Ona elə gəldi ki,

dağlarda əks-səda etdi,daşlara dəyib, geri dön-

dü Məmili kişinin sözləri,bir zəhərli ox oldu,san-

cıldı ürəyinə…

— Nədi bu qəzetdəki? – təkrarən soruşdu qoca.

Əlləri sözünə baxmadı.Əsim-əsim əsdi.Sonra

da barmaqları aralandı.Qəzet bağlaması düşdü

yerə.Açıldı. İçindəki bir çüt nimdaş yaqqabıydı…

Məmili kişi bir ayaqqabıya baxdı,bir Ağəliyə.

Qupquru qurumuşdu Ağəli.Sanki azacıq hərəkət

etsəydi sınacaq,töküləcəkdi yerə.Məmili kişi bu-

nu da gördü ki,bu qurumuş Ağəlinin gözlərin-

dən iki damla yaş gilələnib, yanaqlarında düy-

mələndi.Sonra həmin yaş axan gözlərdə güclə seziləcək bir gülüş də oxudu.O gülürdümü,ağla-

yırdımı?..Bilməyəcəkdi bunu Məmili kişi.Son nə-

fısinədək əsiri olacaqdı bu sirrin.Amma indi ya-

manca gövrəlmişdi.Qəddini əyib,ayaqqabıları

götürdü yerdən. Tələsik,səliqəylə bükdü.Uzatdı Ağəliyə sarı:

— Məndə təqsir görmə ,bala!- dedi, – Tapşı-

rıblar…

Əlləri uzana qaldı. Və qəzet bükülüsü də san-

ki köz oldu,yandırdı barmaqlarını.

— Ay aman,bu nəydi gəldi başıma?- dedi,- Ay

oğul,qadan alım,al bunları,keç təqsirimdən,başı-

na dönüm! Cəhənnəm əhli eləmə məni!..

Əlləri uzana qaldığı kimi sözü də cavabsız

qaldı.Yox,getmirdiAğəli.Qaçırdı…Dağlara-daşla- ra dəyib,qayıdan o söz qabağına qatıb,qovurdu Ağəlini. “O söz” ufuldayıb,partlayırdı qulaqların-

da.Yenə qayıdıb dağlara-daşlara dəyib,əks-səda

verirdi:” Qəzetdəki nədir?”

Məmili kişi bunu bilməyəcəkdi.Elə çox şeyi bilməyəcəkdi….Ağəli boğulurdu.Dibi görünməyən bir qaranlıq quyuya atmışdı “O

söz” Ağəlini.Bir yol da belənçi quyuya düşmüş-

dü.Amma bu cürə də deyildi o quyu…Başı kəsil-

miş göyərçin təki çırpındı,çabaladı…Onu günəş-

siz,aysız-ulduzsuz bir dünyaya atmışdı Məmili

kişi.Və kəsmişdi köməksizləri quyudan çıxaran

Simurğ quşunun qanadlarını…Ah,hardasan mə-

nim Simurğum? Gəl!..Gəl!..Gəl!..

Qışqırmaq,bağırmaq istəyirdi

Ağəli.Hər kəsə,yerə də-göyə də sözü varıydı.On-

lardan soruşulası sözü varıydı…Axı,onlardan nə soruşacaqdı? Bunu özü də bilmirdi…Ah,Məmili

kişi!..Sən də inanmadın Ağəliyə…Sənə ki bir pis-

liyim dəyməmişdi.Gündə iki dəfə salamını ver-

mişəm…Bu dünya niyə belənçidi?..Və birdən ne-

cə oldusa,yazığı da gəldi Məmili kişiyə Ağəlinin.

Bu necə oldu,heç özü də bilmədi.Bir də onu gördü ki,düz “Ulduz” metrosunun girəcəyində

Məmili kişi dayandı qabağındaca.Aman Allah,bu

nə belə?.Yamanca büzüşmüşdü,balacalaşmışdı

Məmili kişi…Sanki özünə də oxşamırdı.Ağəliyə elə gəldi ki üzünün,alnlnın da qırışları çoxalıb

onun.İşə bax,saçları da bir ayrı cürdü sanki.Bəl-

kə əvvəllər də belənçinə idi.Amma belənçinə

görünməmişdi Ağəliyə.İndi başqa cürüydü Mə-

mili kişi.Öğlunu təzəcənə torpağa tapşırmış

adama oxşayırdı.Bax,elə burdaca da yazığı gəl-

di Ağəlinin Məmili kişiyə…

Məmili kişi həmin şeyi-qəzet bükülüsünü

ona uzatdl:

— Əzizinə and verirəm səni,al bunu! Qurtar

məni bu əzabdan,bala,keç təqsirimdən!- dedi.

Ağəli bir qəzetə bükülmüş şeyə,bir də Məmi-

li kişiyə baxdı.Birdən ona elə gəldi ki,azacıq ge-

ciksə,əlindəkinin ağırlığına tab etməyəcək ya-

zıq.Aldı qəzetə bükülü şeyi.Və bu anda bunu da

gördü ki,bir anda qıvraqlaşdı,gümrahlaşdı sanki

Məmili kişi.Belə də möcüzəmi olardı? Lap na-

ğıllardakı kimi oldu…Ağəli bunu da eşitdi:

— Məni oddan çıxardın,bala!..Lap bu dünya-

ya da,onun çarxına da…Lap zavoda da,lap onun

müdirinə də…

Dalısını eşitmədi.Məmili kişi hələ də deyi-

nirdi.Ağəli eşitmədi bunları.Elə özü də nəsə demək istəyirdi.Ancaq bildi ki deyə bilməyəcək.

Əslində nə deyəcəyini də heç bilmirdi.Odu ki Məmili kişi də heç nə eşitmədi.Və cıxıb getdi…


( Ardı var )




Məzahir İsgəndər

www.kafiye.net