OĞUL DÜŞMƏN ÇƏPƏRİDİR

12 HİSSƏ




Məsmənin ölümü, Qabilin olan-qalan ümüdlərini də alt-üst elədi. Onun qurduğu xəyallar suya düşmüşdü.

Bu yaşa qədər gəlsə də, sanki Qabil düşünməyə vaxtı həbsxanada tapmışdı. O, cəzasını çəkib çıxacaqdı, işləyib özü üçün yuva quracaq, anasını da yanına aparacaqdı. Etdiyi əməllərə tövbə edib qardaşı kimi doğru-dürüst bir adam olacaqdı.

Bəzən, insan öz arzularına çatmayanda həyatı günahlandırır amma düşünmür ki, o həyatı kəşf edən də, məhv edəndə elə özüdür.

Qabil də həyatını kəşf etməmiş, məhv etmişdir. Bunu başa düşəndə isə artıq gec idi.

Qabili həbsxanaya geri götürəndən sonra, Həlimənin ürək ağrıları getdikcə şiddətlənməyə başladı. Gəlininin ölümü, nəvəsinin dəmir barmaqlıqlar arasından boynu bükük boylanması, onun, onsuz da zəif düşmüş ürəyinə böyük zərbə vurdu.

Məsmənin dəfnindən sonra, Mənsurə tez-tez həbsxanaya Qabilə baş çəkməyə gedir, ona ana nəvazişi göstərirdi ki, ayaq üstə durmağı bacarsın, həyata tutunub yaşasın. Hər görüş aldıqda Qabilə məsləhətlər verir və hər zaman qapısının onun üzünə açıq olduğunu bildirirdi. Habil isə qardaşının bu əməlini bağışlaya bilmirdi. Mənsurə nə qədər təkid etsədə ki, gedib qardaşı ilə görüşsün, Habil qətiyyən razı olmurdu. Çünki o düşünürdü ki, ana qatilinnən qardaş olmaz.

Beləliklə illər biri-birini əvəz etdi. Habil universiteti bitirib öz iş həyatını qurdu. Sonra isə sevdiyi qıza elçi göndərib nişanlandı. Oğlunun nişanlandığına görə isə Mənsurənin sevincinin həddi-hüdudu yox idi. O, gəlinini elə çox sevirdi ki, tezliklə toy edib evinə gətirməyə tələsirdi. Əkrəm, Mənsurənin bu arzusunu tezləşdirmək üçün, qızın ailəsi ilə danışıb, toyun vaxtını təyin etdilər.

Artıq toya bir aydan az qalırdı. Mənsurənin həyəcandan əli-ayağına dolaşır, nəyin hara qoyulacağını bəzən bilmirdi.

Həlimənin isə ürək narahatlıqları o qədər şiddətlənirdi ki, içdiyi dərmanların belə təsiri olmurdu. O, hər gün əlini uzadıb Allaha yalvarırdı ki Habilinin toyunu görməyi ona nəsib etsin.

Bir ay yel kimi gəlib keçdi. İstənilən o gün gəlib çatdı.Onsuz da boylu-buxunlu və yaraşıqlı Habil, bəylik paltarında daha da yaraşıqlı görsənirdi. Gözəllikdə Samirə də Habildən geri qalmırdı. Ağ gəlinlik isə onun gözəlliyinə bir az da gözəllik qatmışdı. Vağzalı səsi məhləni bürüdü. Küçədə böyükdən kiçiyə qədər hamı bəy və gəlinin gözəlliklərinin işığına yığışmışdı. Hamı Mənsurəyə göz aydınlığı verir, Habil ilə Samirənin gözəlliyini öyürdü.

Həlimənin isə bir gözü gülürdüsə o biri ağlayırdı. Çünki, nəvəsinin biri evlənir, digəri isə soyuq həbsxana divarları arasında üşüyürdü.

Həyətdə toy çalınırdı. Əkrəmin gözləri isə darvaza dikilmişdi. Onun bu baxışları Mənsurənin gözlərindən yayınmadı. O, ərinin yanına gələrək dedi.

-Əkrəm, nə olub sənə, kimi gözləyirsən?

Əkrəm bir Mənsurəyə bir də çönüb qapıya baxırdı.

-Hə Mənsurə gözlədiyim var amma hələ də gəlib çıxmayıblar.

Mənsurə təəccüblə bir qapıya bir də qonaqların arasına baxdı.

-Kim gəlməyib ki?

Elə bu an qapı açıldı. Qabil içəri daxil oldu. Birdən-birə sanki hamının baxışları Qabilin üzərinə zilləndi.

Məsmə bir Əkrəmə bir də çonüb Habilə baxdı və sevincək halda Qabilin yanına qaçıb onun boynunu qucaqladl.

Əkrəm bütün şikayətləri geri götürüb oğlunu həbsxanadan azad edərək anası Həliməyə sürpriz etmişdi.

Qabilin gəlişini eşidən Həlimə göz yaşlarını saxlaya bilmir, nəvəsini qucaqlayıb ağlayırdi. O, Habili də yanına çağırdı ki, hər ikisinə eyni sarılıb ürəyinin sevincini hər ikisi ilə də bölsün. Habil nənəsinin yaşla dolu gözlərini öz bəy dəsmalı ilə silib ilk öncə qardaşına sonra da nənəsinə sarıldı. Həlimə bir qolunu Qabilin, digər qolunu da Habilin boynuna salıb dedi.

Allahım sənə şükürlər olsun. Bu günü də mənə göstərdinsə daha arzum qalmadı.

Hönkürtü ilə ağlayan Həlimənin anidən səsi kəsildi və bütün bədən boşalaraq Habilin qucağına düşdü.

Həyətdə çalınan toyun səsi, Habil və Qabilin nənə deyə bağırtıları ilə susdu. Həlimənin ürəyi durmuşdu amma üzündəki sevinc cizgiləri onun ölümünü inkar edirdi.

O, arzuladığı kimi də son nəfəsinin nəvələrinin qucağında verdi.

Mənsurənin həsrətlə gözlədiyi oğul toyu matəmə qarışdı. Əkrəm yerində donub qalmışdı. Ətrafında baş verənləri bur film kimi izləyir, səssiz-səssiz hamının üzünə baxıb nələr olduğunu anlamaq istəyirdi.

Qabil isə bir əllərinə baxır, bir də yerdə uzanan nənəsinə baxır, addım-addım geri çəkilib sonra isə başını tutdu.

Yox-yox bu ola bilməz. Mən öldürmədim, mən öldürmədim deyib dəvikdi. Oğlunun bu hərəkəti sanki Əkrəmi yuxudan oyatdı. O, oğlunun qorxduğunu görüb, cəld hərəkətlə onun boynuna sarıldı.

-Özünə gəl oğlum. Sən öldürmədin.

Qabil körpə uşaq kimi atasının qucağına sığınıb mən öldürmədim, mənim xəbərim yoxdu deyib bağırırdı.

Onun bu hərəkəti Həlimənin ölümünü belə unutdurmuşdu. Hamı onu sakitləşdirməyə çalışırdı.

Beləcə Habilin toyu, qardaşının azadlığı sevinci və nənəsinin matəmi ilə baş-başa gələrək, həmin günü xatirələrdə bir “ART” şəklinə gətirdi.

İllər keçdi amma Habilin toy günü yaddaşlardan silinmədi.

Toy gününün necə keçib keçmədiyindən aslı olmayaraq, Habil ilə Samirə xoşbəxt ailə həyatı qurmuşdular. Samirə, Mənsurənin ürəyincə bir gəlin idi.

Qabil də bir il psixoloji müayinə alıb, öz normal həyatına geri dönmüşdü.

O da qardaşı kimi işləyib özünə ailə həyatı qurmuşdu.

Amma bəzən fələyin işindən baş açmaq olmur. Nəyi nə səbəbə edursə sirrini kimsə bilmir.

İllər keçsə də Habil ilə Samirənin də övladları olmurdu. Hara gedirdilərsə, hansı xəstəxananın qapısını döyürdülərsə sağlam raporu alıb gəlirdilər. Lakin övladın olmamağının sirri bir Allaha qalmışdı.

Qabil isə evləndikdən sonra ilk olaraq qızı dünyaya gəlmişdi. O, həyat yoldaşı Nərminə tapşırmışdı ki, uşağın tərbiyəsi ilə Mənsurə anası ilə bərabər məşğul olsun.

Habilin övlad sahibi olmamağı Mənsurəni məyus etsə də, hər zaman pozitiv olmağa çalışırdı ki, gəlini ilə oğlunu xəyal qırıqlığına uğratmasın.

Övladları olmayan Habil ilə Samirə körpələr evindən uşaq götürmək istədiklərini Əkrəmlə Mənsurəyə dedikdə isə hər ikisi də canla-başla razı olmuşdu. Qabil isə etiraz edərək onlara uşaq verməyi təklif etsə də, Habil razı olmamışdı.Çünki Mənsurənin çəkdiyi iztirabları canı qədər sevdiyi Samirəsinə əsla yaşatmaq istəmirdi.

O, körpələr evindən bir qız uşağı götürb Samirənin qucağına verəndə ona belə dedi.

-Əzizim, heç də fikir eləmə ki, uşağımız olmadı.

Bu dünyada ana olmaq şərt deyil, ana olmağı bacarmaq şərtdir.

Sən də çalış ki, bunu bacar, eynən mənim anam kimi deyib Mənsurənin boynuna sarıldı.


Son.




Müəlluf.M.Duyğulu

www.kafiye.net