Ali Baş Komandana məktub


EY UCA BƏNDƏ




Düşünüb – daşınıb son olanları,

Səndən bir ricam var paşam, əfəndim!

Dünyaya faş edək ağ yalanları,

Qərbi Zəngəzurda qalıbdı kəndim!




Babamın, nənəmin məzarı orda,

Nigaran ruhları qalıbdı darda,

Nəvələr fikirdə, naleyi – zarda,

Qərbi Zəngəzurda qalıbdı kəndim!




Erməni dövləti yaradılanı,

Rusiya Qafqaza atdı bəlanı,

İtirdik Göyçəni , həm İrəvanı,

Qərbi Zəngəzurda qalıbdı kəndim!




Söküldü İrəvan, oldu Yerevan,

Göyçənin adını etdilər Sevan,

Dinmədik, bizləri saydılar avam,

Qərbi Zəngəzurda qalıbdı kəndim!




Təzə imperiya olunca sələf,

Sovet Zəngəzuru eylədi hədəf,

Turana, türklüyə hörüldü kələf,

Qərbi Zəngəzurda qalıbdı kəndim!




Otuz il Qarabağ işğalda qaldı,

erməni sərvətin taladı, çaldı,

Alçaqdı, şərəfsiz, həm də vandaldı,

Qərbi Zəngəzurda qalıbdı kəndim!




Əsgərin qanıyla yazınca zəfər,

Ordun komandanla oldu müzəffər,

İndi Zəngəzura edilsin səfər,

Qərbi Zəngəzurda qalıbdı kəndim!




Həsrətik yurdumun dağı daşına,

Həsrətik yazına, yayı, qışına,

Dəmir yumruq ensin düşmən başına

Qərbi Zəngəzurda qalıbdı kəndim!




Qaldır o yumruğu, qaldır yenə də,

Silinsin “Syunik” günün birində,

Dirilt Zəngəzuru, ey uca bəndə,

Qərbi Zəngəzurda qalıbdı kəndim!




Təvəkkül Goruslu. 19 07. 2021




Ali baş komutan a mektup




EY UCA PAKETİ



Düşündü – son taşınanlar,

Səndən bir ricam var paşam, əfəndim!

Büyüleyelim dünyayı beyaz yalanlar,

Köyüm Batı Zangazur ‘ da kaldı!



Büyükannemin ve büyükannemin mezarı orada,

Nigaralı ruhlar zorda kaldı,

Torunlar akılda, naley – zar,

Köyüm Batı Zangazur ‘ da kaldı!



Ermeni devleti oluşturuldu,

Rusya kafkasya ‘ nın içine attı,

Goycha ‘yı kaybettik, hem Yerevan’ ı,

Köyüm Batı Zangazur ‘ da kaldı!



Yerevan yıkıldı, Yerevan oldu,

Sevan, Goycha ‘ nın adını yapmışlar,

Biz dinlemedik, onlar bizi saydı,

Köyüm Batı Zangazur ‘ da kaldı!



Yeni bir imparatorluk olduğunda salaf,

Gol Sovyet Zangazur yaptı,

Turana, dana Türk ‘ e örüldü,

Köyüm Batı Zangazur ‘ da kaldı!



Karabağ otuz yıl işgal altında kaldı,

Ermeni servetleri soyuldu,

Aşağılık, namussuz, aynı zamanda vandal,

Köyüm Batı Zangazur ‘ da kaldı!



Askerin kanıyla yazınca zafer,

Müze ordu komutanı ile oldu,

Şimdi Zangazura ‘ ya yolculuk,

Köyüm Batı Zangazur ‘ da kaldı!




Hasret ülkemin dağına,

Hasrete bahar, yaz, kış,

Demir yumruk batsın düşmana

Köyüm Batı Zangazur ‘ da kaldı!




O yumruğu kaldır, tekrar kaldır,

Silinsin “Syunik” günün birində,

Diril Zangazuru, ey yüce hizmetçi,

Köyüm Batı Zangazur ‘ da kaldı!




Mütevazi bir Goruslu ile. 19 07. 2021
www.kafiye.net