Sənin rəsmini



Sənin rəsmini çəkdim könlümün səmasina,

Saydı kirpiklərini ürək döyüntülərim.

Bir eşq ki,kökü dərin tarixlərdən bu yana,

Nəqş etdi sirlərini ürək döyüntülərim.




Nə bir gözləntisi var,nə də bir təmənnisi,

Hicranı,iztirabı dərdi,həm dərmanıdır.

Bu yol nura gedən yol-ruhun nicat gəmisi.

Bu, eşqin zirvəsində şəhadət məqamıdir.




Qəlbin hicab pərdəsi sənin aman yerindir.

Qovuşunca könüllər , vəhdət suru səslənər.

Ucalardan ucadır,dərinlərdən dərindir,

Gerçək eşqin önündə diz çökər qərinələr.




Sənin rəsmini çəkdim könlümün səmasına,

Saydı kirpiklərini ürək döyüntülərim.

Bir eşq ki,kökü dərin tarixlərdən bu yana

Nəqş etdi sirlərini ürək döyüntülərim.




Tamara Rustamova Tənha Bulud

www.kafiye.net