OĞUL DÜŞMƏN ÇƏPƏRİDİR

6-cı hissə.




Körpənin dünyaya gəlişi, Məsmə ilə Mənsurənin otağını da birləşdirmişdi. Mənsurə, sabahlara qədər körpəni sakitləşdirir, hərdən isə Məsməni yuxudan oyadıb Habili yedizdirməyi xahiş edərdi.. Gecələri yuxusuz qalan Mənsurə isə, gündüzləri də yuxu yatmır, həm oğlunun həm də onu dünyaya gətirən ananın nazını çəkirdi. Məsmə isə sanki, uşaq dünyaya gətirib Mənsurəyə verdiyi üçün daha da zalımlaşırdı. Körpə yuxuya gedən kimi Mənsurəyə bəhanələrlə iş tapşırır, ürəyi istəyib istəməsə də ona müxtəlif cür yeməklər bişirməyə məcbur edirdi. Mənsurə isə Məsmənin nazını çəkməyə məcbur qalmışdı. Axı Məsmə ona uşaq verdiyi kimi, həmin uşağı yedizdirirdi də. O, balasının sağlam böyüməsi üçün bütün əzablara sinə gəlməli idi.

Mənsurənin gecələri uşaq saxlayıb, gündüzləri mətbəxtdə işləməyi Mərmərin də ürəyini ağrıdırdl.Dəfələrlə Mənsurəyə desə də ki, sən get dincəl mən bişirərəm, Mənsurə buna razı olmamışdı. Gecəli -gündüzlü yorğunluq Mənsurəni əldən-ayaqdan salsa da o, nə bir şikayət edər, nə də ki, kimsəyə acıqlı cavab verərdi. Yorğunluqdan bədəni o qədər zəifləmişdi ki, mükəmməl əndamından əsər-əlamət qalmamışdı. Hətta, qohum əqrabalar uşağı görməyə gələndə ondan bu arıqlığın sirrini öyrənmək istəmişdilər.Mənsurə gülümsənərək onları yola vermək istəsə də Məsmə burada da öz ilanlığından əl çəkməmişdi.Mənsurənin damarına basmaq üçün demişdi.

-Ehh niyə arıqlayacaq ki, qurumuş uşaqlığı bədənini də sarıb.Sonra isə əlini-əlinə vurub gülməyə başlamışdı. Mənsurə isə Məsmənin belə zəhrlərinə vərdiş etdiyi üçün heç nə demir, ürəyinə salsa da başını fırlayıb keçirdi.

Mənsurənin göstərdiyi səbr, hər gün ailədə hörmətini birə-beş artırdığı kimi, Məsmənin ilan sifəti onu gözdən salırdı. Amma nə etməli..

Nə Həlimə xanım nə də Kazım kişi ağızlarını açıb bir kəlmə söz deyə bilmirdilər.Onun uşaq dünyaya gətirməsi hər kəsin dilini ağzını bağlamışdı.

Deyirlər səbirli insanlar, Allahın sevimli bəndələri olur.Allah sevdiyi bəndələri ağır sınaqlara çəkir. Bəlkə də Mənsurə məhz həmin sınaqlardan keçirdi.

Günlər keçdi.Balaca Habilin qırx günü tamam oldu. Körpənin sevilməsi, Mənsurənin qaynana və qaynatası tərəfdən əzizlənməsi, Məsməni hər gün daha da qıcıqlandırırdı.Onun ürəyindı, tezliklə ikinci bir övlad dünyaya gətirmək və, Mənsurəni kölgədə qoymaq arzusu baş qaldırdı.

Hələ qonum-qonşu ilə qiybət zamanı, bəzi dedi-qoduçu qonşular da onun beynini doldurmuşdular.

-Ay qız uşağın qırxı çıxsın süddən kəs ki, tez hamilə qalasan.Uşaq vermisən böyüdəcəksən də?

Başqa birsi isə deyirdi.Mənsurə bəlkə də bicliyindən uşaq doğmur kim bilir. Uşaq doğan qadınların “fiqurası” pozulur.Hələ süd verən anaların demirəm.Ay yazıq sən bu evdə sağmal inəksən.

Mənsurə fiqurasını saxlayaraq Əkrəmi də özünə cəlb edib. Beləliklə

onsuz da içi fəsadla dolu olan Məsmənin ürəyində yeni şeytanlar baş qaldırdı. Uşağın qırxı çıxan günündən öz otağına daşındı.Mənsurə nə qədər təkid etsə də qalmadı.

Gecənin bir yarısı balaca Habil,

acaraq ağlamağa başlamışdı.Mənsurə Məsmənin qapısını nə qədər döydüsə də Məsmə özünü yuxluğa vurub qapını açmadı ki, açmadı. Habil isə ağlayır bir an olsun belə sakitləşmirdi. Məsmənin yataq otağının qapısını gah Əkrəm, gah Həlimə gah da Mənsurə döyüb oyatmağa çalışdılar.Otaqdan səs-səmir gəlmədikdə, Mənsurənin ürəyi döyünmə başladı o, nigarançılıqla Əkrəmin qolundan tutaraq,

-Əkrəm, bir şeylər et bu qapını aç bəlkə başına nəsə gəlib.Əkrəm qapını daha da möhkəm döyməyə başladı.Nəhayət ki, qapı arxasından Məsmənin səsi eşidildi.

-Niyə qırırsınız qapını?İmkan verin yatım. Əkrəm əsəbi halda dedi.

Qapını aç görüm uşağın bağrı çatlayır acdır. Məsmə, qapını hirslə açdı Mənsurənin qucağında ağlayan körpəyə laqeyidliklə baxıb dedi. Mən sizə uşaq verdim ki, özüm də yuxusuz qalıb böyüdüm? Gedin uşaq yeməkləri alın böyüdün.Ya da verin özümə özüm böyüdüm.Mənim südüm yoxdur. Əkrəm uşağı ona uzadıb dedi. Al əmizdir deyirəm. Sabahdan onu da alaram. Amma belə fikrin var idisə açıq-aşkar deyərdin.Uşağın nə günahı var?

Məsmə, uşağı alıb döşünə salsa da, uşaq əmir, doymayıb yenidən ağlayırdı.

Mən sizə dedim ki, südüm yoxdur. Uşaq saxlayan uşağı qidalandırmağı da bacarmalıdır. Bu da fiqura pozmaz deyib tərs-tərs Mənsurəni süzdü.Mənsurə isə bu kəlmədən heç nə anlamayaraq Habili sakitləşdirməyə çalışırdı.

Nəhayət ki, Habil ağlayıb yorulduqdan sonra sakitləşib yatdı.Məsmə isə onlara qapını göstərib dedi.İndi isə gedin mən bir az yatım qırx gündür ki, yuxusuzam.

Hamı otağı tərk etdikdən sonra Məsmə, südünü sağıb yığdığı butulkanı çarpayının altından götürüb hamama getdi.O, sağdığı südü boşaldıb yatağına döndü.

Səhər açılar açılmaz Əkrəm, əczaxanaya gedib, ana südünü əvəz edən yemək aldı və hazırlanma qaydalarını da öyrənib Mənsurəni də başa saldı. Həmin gündən nə Məsmənin nə də Habilin Məsmənin südünə ehtiyacı olmadı.Məsmənin öz otağına köçməsindən bir ay keçsə də, Əkrəm onun otağına getmir Mənsurə ilə bərabər oğlunun nazını çəkirdi.

Əkrəmin bu hərəkəti isə Məsməni dilə gətirdi. O, süfrə başında, hər kəsin yanında Əkrəmi şikayət etdi.

-Mən bu evə qadın olaraq gəlmişəm ya bala verən inək kimi? Onun bu sözü süfrədə hər kəsi təəccübləndirdi. Hamının gözləri Məsmənin üzünə zilləndi.Məsmə isə coşaraq dediyi sözü yenidən təkrar etdi. Mən sizə sual verirəm cavab verin.Həlimə gəlinini sakitləşdirmək üçün mülayimliklə dedi: ay qızım sən nə danışırsan? Sən bizim gəlinimizsən.Təbii ki, bir qadın kimi. Məsmə əlindəki çəngəli hirslə qaba vuraraq,

-Bəs onda oğlunuz niyə mənim otağıma gəlmir? Uşaq doğurduğumdan bu yana onun üzünü görə bilmirəm.Bəlkə məni atam evinə də göndərəsiniz… Nə də olsa sizə uşaq verdim artıq. Məsmənin bu hərəkəti Əkrəmin üzünü elə qızartmışdı ki, utandığlndan başını qaldıra bilmədi.O, udqunaraq Məsmənin üzünə hirslə baxdı.

Məsməə….

-Hə nə var yalanmı deyirəm?

-Yox yalan demirsən.Amma bunu da düşün ki, körpənin yanında yatıram.

Mənsurə kinayəli şəkildə gülməyə başladı.

Ha ha ha ha körpənin yanında yatırmış. Səhərə qədər uşaq saxlayırsanmı?Ooh nə əla!

Birimiz doğaq, birimiz saxlayaq.Mənsurə xanım da hazırına nazir olub, bu evdə hörmət sahibi olsun. Nə də olsa adı anadır axı.Əkrəm Məsmənin tikanlı sözlərinə dözməyib qaşığı masaya çırpıb ayağa qalxdı.

Suss Məsmə, Allah xatirinə suss.

Nə zamandır sənin tikanlı sözlərinin sanma ki, fərqinə varmıram.Sadəcə hörmət edib susuram.Kazım kişi, bu səs küydən əsəbləşərək hər ikisini sakitləşdirməyə çalışdı.

Hər ikiniz də susun və yerinizə oturun.

Əkrəm sən niyə Məsmənin otağında yatmırsan?

Mən sənə demişdim axı fərq qoymayacaqsan.

Ata mən oğlumun yanında yatıram.

Kazım hirslə oğlunun üzünə baxıb dedi.Sənin çox belə uşağın olacaq elə onların yanında yatıb qalacaqsan?

Bu gündən etibarən bir gecə Məsmənin, bir gecə də Mənsurənin otağında yatacaqsan.Gecələr uşaq saxlamaq isə anaların işidir.

Mən əminəm ki, Mənsurə gəlinim nəvəmi saxlamağl bacarır sənə ehtiyac yoxdur deyib ayağa qalxdı.İmkan verin rahat yaşayaq deyib evdən çıxdı.

Mənsurə bu söz söhbətə səbrlə qulaq asıb heç nə danışmasa da, ürəyindəki sızıltılar ona bəs edirdi.

Bir qadının ana olmamağı ona dəyən ən böyük zırbədir.Hələ ki, başqasının minnəti altında, başqasının uşağını saxlamaq.

Bəlkə də uşağa bu qədər bağlanmasaydı Mənsurə, onu geri qaytarar özü də Əkrəmin həyatından əbədiyyən çıxıb gedərdi.Amma artıq o, balaca Habilinə elə bağlanmışdı ki, heç bir təziq onu ondan ayıra bilməzdi.

Ara sakitləşəndən sonra Mənsurə Əkrəmə dedi.

Əkrəm, mənim başım o qədər uşağa qarışıb ki, sənin Məsmənin yanına getməməyini hiss etməmişəm.Məsmə haqlıdır.Əgər iki qadının varsa, ürəyinin iki guşasi var deməkdir. Mənsurənin bu sözünə Məsmə yenə də coşaraq cavab verdi.

Mənsurə xanım, sən də az mələk rolu oyna. Az aşın duzu olmadığını bilirəm.Uşağımı aldın onunla bərabər ərimi də almağa çalışırsan.Artıq bu təhqirlərə Mənsurənin ürəyi dözmürdü. Səbr kası dolub daşırdı.O, özünə aid olmayan bir tərzdə bağlrdı.Suss suss Məsmə suss. Bu günə qədər nə dedin eşitməzdən gəldim, hər şeyi görməzdən gəldim. Bu qədər də irəli getmə.Bilirəm mənə uşaq vermisən sənin üçün də çətindir.Amma mənim üçün daha da çətindir.Bircə dəfə də özünü mənim yerimə qoy.O zaman nələr çəkdiyimi bəlkə hiss edəsən. Unutma ki, verənin üzü ağ, alanın üzü qaradır.Hər dəqiqə bunları mənə hiss elətdirmə deyib ağlaya-ağlaya otağına qaçdı.

Əkrəm ayağa qalxıb kinayəli bir tərzdə əl çaldı.Bravo sənə Məsmə vallahi bravo. Bir saniyədə qırmağın ustası imişsən. Süfrədən ayrılmaq istərkən geri döndü.Hə bunu da unutmadan deyim.Sənin bu hərəkətlərin səni mənə sevdirməz, əksinə nifrətimi artırar deyib evdən çıxdı.

Məsmə isə etdiklərindən razı halda oturub yeməyinə davam etdi.

Ürəyində isə deyinməyə başladı.Bəs nə bilmişdin? Hələ nigahını da alacayam. Bu cah-cəlal sanma ki, Mənsurəyə qalacaq. Hər şey doğanındır, Mənsurə kimi “qısırın”yox.

İnsanın yaşadığı acılı həyat gec keçsə də, bu həyatı qələmə alanların dili isə yüyürək olar deyirlər.

Beləcə çox keçmədi ki, Məsmə növbəti dəfə hamilə qaldı.

Bu hamiləliklə də bütün evin nəzər və diqqətini öz üzərinə çəkməyi bacardı. Artıq hamı, Mənsurə də daxil olmaqla onun qulluğunda durur, bir sözünü iki etmirdilər. Məsmə isə isə özündən çox razı halda dolanırdı. Övladının oğlan olacağını bildikdən sonra isə daha da arxayınlaşırdı.Çünki bilirdi ki, bununla qaynatasının gözündə ucalacaqdı.Kazım kişi dünyaya göz açacaq nəvəsinin də oğlan olduğunu eşidib çox sevinmişdi. O, hər zaman “Oğul düşmən çəpəridi” deyirdi.Allah o çəpərləri də qismət etmişdi.Qalırdı sağlıqlı və tərbiyəli böyümələri.

Məsmənin isə oğlan uşağı doğacağı onu daha bir əminliyə daşıyırdı. Bütün cah-cəlala yiyələnməyə.

Aylar keçdikcə isə Habil böyüyür, atası kimi yaraşıqlı oğlan olacağı bəlli olurdu.

Mənsurə oğluna elə bağlanmışdı ki, nə gözü dünya malı görürdü, nə də Məsmənin tikanlı sözlərinə məhəl qoyurdu.

Məsmə isə Mənsurənin yanında keçdikcə əlini böyümüş qarnına çəkir, bic-bic onun üzünə baxaraq deyirdi. Doğar qarınlı olmaq da asan iş deyil.Hələ ki, ardı-ardına oğlab doğasan

Mənsurə isə artıq bu sözlərə tox idi. Cavab da verə bilmirdi ki, Məsmə ona canından pay verib.

Bu minvalla da aylar keçdi.Məsmə evi yeni bir oğlan uşağı ilə şənləndirdi.

Bu dəfə uşağın adını isə Kazım kişi qoydu.

-Bu nəvəmin adını da Qabil qoyuram. Allah bəxtlərini gözəl yazsın.




Ardı sabah olacaq



Metanet Duyğulu
www.kafiye.net
.