MİSRALARIN GÖZ YAŞI




İlk görüşdüyümüz o gün,

Bu günkü tək yadımdadır.

Xatirələr kölgə kimi,

Sürüm-sürüm ardımdadır.




Qəfil ox kimi tuşladın,

Gözlərini gözlərimə.

Gözlərimin giləsindən,

Sızıb keçdin ürəyimə.




Yumruq boyda bir ürəyə,

Elə daxil oldun ki sən.

Nə qədər haykırsam yenə,

Atammadım ürəyimnən.




Divanə bir leyli kimi,

Vurdum özümü dağlara,

Var gücümlə bağırdım ki,

Atım səni uzaqlara.




Boğazımda düyünlənib,

O an da qopmadın məndən.

Canımnan bir parça kimi,

Asılmışdın ürəyimnən.




Məzar qazdım ürəyimdə,

Səni ora gömmək üçün.

Dedim bəlkə dirilməyə

Yetməz daha orda gücün.




Yenə olmadı bir fayda,

Məzarı da söküb dəldin.

Boğazımdan süzülərək,

Ta dilimə qədər gəldin.



Hərif-hərif düzülərək,

Tökülürdün misralara.

Ürəyimdə qalmaq üçün,

Hey çəkirdin məni dara.




Məndən uzaqlarda gəzib,

Yaşayırdın yenə məndə.

Hər yeni gün, ayna tutub,

Görünürdün şeirimdə.




Zamanla bərabər adın,

Saçlarıma saldı dəni.

Gözü yaşlı, şeirlərim,

Yenidənmi doğdu səni?




Gec də olsa dönüb gəldin,

Atdın ayrılıq daşını.

Sevgin ilə silə bildin,

Misraların göz yaşını.





Müəllif.Metanet  Duyğulu.

23.06.2021
www.kafiye.net