OĞUL DÜŞMƏN ÇƏPƏRİDİR.

4-cü hissə



Əkrəm gözlərini səhərlə birgə açdı. O, yatağında eşinərək Mənsurəyə tərəf çönüb, gül yanaqlarından öpüb oyatmaq istəyərkən anidən diksindi. Yanında uyuyan canından artıq sevdiyi Mənsurəsi deyildi. O, əlini geri çəkdi. Bir anlığa özünü xəyanətkar kişi simasında görüb, özünə nifrət etdi. Astaca yatağından qalxıb geyindi və Mənsurənin otağına getmək istədi.Amma, bir anlığa ayaqları yerimədi. O, özü-özünü danlamağa başladı.

-Hara gedirsən Əkrəm? Sevdiyin insana xəyanət edib hələ utanmadan da qapısını döyəcəksən? Tutaq ki, döydün, Mənsurə də açdı.Bəs sən nə deyəcəksən? Deyəcəksən ki, sabahın xeyir əzizim, başqasının qoynundan çıxıb sənin yanına gəlmişəm?

Yox..yox..sənin üzün yoxdur o otağa keçməyə Əkrəm. Heç Mənsurənin gözlərinə baxmağa belə üzün yoxdur deyib ayaq saxladı və uzun uzadı yataqda xoşbəxt sima ilə uyuyan Məsməyə tamaşa etdi.

Sən necə sevəcəksən bu qadını Əkrəm? Allahım, sən özün mənə yol göstər deyib, hava almaq üçün bayıra çıxdı.

Həmin gecə isə Mənsurənin gözlərinə yuxu getməmişdi. Çarəsizlik onun kipriklərindən asılaraq, yuxusunu ərşə çəkmişdi. Bəzən nəfəs ala bilməmiş, saatlarla pəncərə önündə dayanıb, zülmətə qərq olmuş küçələrə tamaşa etmişdi. Sonra isə bir ruh kimi yatağına uzanıb gözlərini tavandan asmış, uzun uzadı xəyalların ağuşunda çırpınmışdı.

Səhərin açıldığını görən Mənsurə, pəncərəyə yaxın getdi. Oradan həyətə baxarkən, Əkrəmin həyətdə var-gəl elədiyini gördü və tez geri çəkildi. Nədənsə Əkrəmlə göz-gözə gəlmək istəmədi.

Mənsurə dərin fikrə dalarkən qapısı döyüldü. O, elə bildi ki, qapını döyən Əkrəmdir.Tələsik qapıya qaçdı, ‘Əkrəm’ deyib qapını açarkən Mərmərlə qarşılaşdı.

-Gəlin bacı, süfrə hazırdır buyurun süfrəyə deyib geri dönmək istərkən, Məhtabın ona verdiyi cavaba görə ayaq saxladı.

-Mən ac deyiləm gəlməyəcəyəm .

Mərmər geri çönüb yenidən Məhtabın önündə dayandı.

-Gəlin xanım Kazım bəy təkidlə sizi süfrədə görmək istəyir.

Mənsurə qaynatasının bir sözünü heç zaman iki etməmişdi. Nə qədər dərdlərə düçar olsa da aşağı enməyə məcbur qaldı.

Hamı süfrə başında idi.Hərə öz yerini tutmuşdu.Məsmə isə Əkrəmin yanında əyləşib ondan xidmət gözləyirdi.Əkrəmin sağ tərəfindəki stul isə boş idi.

Həlimə Mənsurəni görən kimi ayağa qalxdı.

-Gəl qızı gəl. Keç otur yerində. Sən bizim gəlinimiz olduğu kimi də qızımızsan. Mən ümid edirəm ki, bu evdə həmişəki kimi mehribançılıq hökm sürəcək.

Mənsurə, Əkrəmin yanındakı boş stula tərəf gedib əyləşdi.Əkrəm isə başını qaldırıb Mənsurənin üzünə baxa bilməsə də astaca səsləndi. Nə qulluq edim sənə əzizim?

Mənsurə isə qaşığını götürüb mehriban bir tərzlə dedi.

Təşəkkür edirəm Əkrəm özüm-özümə qulluq edərəm.

Məsmə isə əlini süfrəyə uzatmır, Əkrəmin ona qulluq etməyini gözləyirdi. O, Əkrəmin etinasız bir şəkildə yemək yediyini görüb məyus oldu.Bu isə nə Kazım bəyin, nə də ki, Həlimə xanımın gözündən yayınmadı. Həlimə, yeni gəlini pərt olmasın deyə Mərmərə səsləndi.

-Mərmər qızım, yeni gəlinə qulluq et.O, hələ bizim evin qayda-qanunlarına alışmayıb.

Mərmər baş üstə xanım deyib, Məsmənin boşqabına yemək çəkdi.

Yemək bitdikdən sonra, Mənsurə ayağa qalxmaq istədu.Kazım kişi ona yerinə oturmaq işarəsi verdi.Mənsurə, səssizcə yerinə oturaraq, qaynatasının söhbətə başlamağını gözlədi.

Kazım bir az fikrə gedib sonra sözə başladı.

-Bu gün bu evdə yeni gəlinin, yəni Məsmə xanımın ilk günüdür.Mənsurə isə üç ilə yaxındır ki, bu evin həm qızı həm də gəlinidir.

Məsmə bax qızım, tale elə gətirdi ki, oğlum iki kərə evlənməli oldu. Bu evdə gəlin söz-söhbəti görmək istəmirəm.

Mənsurə yolda səndən böyükdür.Səndən xahişim budur ki, onunla gözəl davranasan.

Mənsurə qızım, sənə də tövsiyən budur ki, Məsməni bu evdə bir günü kimi deyil bir kiçik bacı kimi qəbul edəsən.

Əkrəm oğlum, sənə də tövsiyəm var.Sən bu evin yeganə övladısan.Mənim bütün arzum, ümüdüm sənə bağlıdır.Səndən xahiş edirəm ki, hər iki xanımına eyni davranasan. Hər ikisinin sevgisini ürəyində taraz saxlayasan.

Əkrəm sevgi söhbətində başını qaldırıb sual dolu baxışlarla atasının üzünə baxdı.Atası oğlunun nə demək istədiyini baxışlarından tutub dedi.

Mən səni başa düşürəm oğlum.Amma sən də bizi başa düş deyib süfrədən qalxdı.

Günlər keçdikcə Mənsurənin səbri artır, vəziyyətlə barışmağa çalışırdı. Ürəyindəki sevgi isə ərinə qarşı zərrə qədər azalmır, əksinə daha da aşıb daşırdı.

Məsmə isə Əkrəmin soyuq münasibətlərinə məhəl qoymur, hər gün onun gözünə girmək üçün əldən-ayaqdan gedirdi. Bir evdə iki günü yaşamağına baxmayaraq mehribançılıq davam edirdi.Bu mehribançılıq isə Məsmənin hamilə qaldığı günə qədər davam etdi.Nənələrimizin dili ilə desək “Tövlə mıxını yerə çalana qədər”.

Məsmənin hamilə qama xəbəri, evdə hər kəsin sevincinə səbəb olmuşdu. Mənsurə isə hamıdan daha çox sevinirdi.Çünki bu uşaq onun üçün doğulacaqdı.

Məsmə hamilə olan gündən Əkrəm onu uyardı.

Bax Məsmə, bu uşaq qız da olsa oğlan da Mənsurəyə veriləcək.Səninlə evlənən gündən şərtimiz bu olub. Məsmə könülsüz olsa da razı olmağa məcbur idi.Çünki, evlənən gündən bu şərt onun qarşısına qoyulmuşdu.

Amma o, rəsmi nigahda olmadığı üçün, həmişə narazılığını bildirirdi.Əkrəm isə, kişinin bir rəsmi nigahı olar deyib yan keçmişdi.

Məsmə bu hamiləlikdən nigah üçün də istifadə etmək qərarına gəldi.Amma hələlik bu barədə dinib danışmadı.

Hamiləliyin beşinci ayı tamam olmuşdu.Məsmə oturduğu yerdən qalxmır, hər işə Mənsurəni buyururdu.Hərdən isə onun ürəyinə toxunmaq fürsətini də əldən vermirdi.

-Mənsurə, ürəyim yaman südlü aş istəyir mənə bir az bişirərsənmi?

Mənsurə cəld ayağa qalxıb dedi.Niyə bişirmirəm ki..Ürəyin nə istəsə de bişirim.

Mənsurə südlü aş bişirib Məsməyə gətirdi.Məsmə bir qaşıq ağzına aparıb yerə tüpürdü.Bu nədir ay Mənsurə? İçinə niyə şəkər qatmısan? Mənsurə, təəcüblə Məsmənin üzünə baxdı.Həmişə şəkər qatmırammı? Həmişəki kimi bişirmişəm. Məsmə, əlini böyümüş qarnına çəkərək dedi.

Mənsurə mən hamiləyəm başa düşürsənmi?Sənin üçün uşaq bəsləyirəm. Bişirəndə bir məndən soruş gör necə istəyirəm. Mənim aşıma şəkər qoyma.Bur çimdik duz at vəssalam. Sonra isə gözlərini süzdürərək öz-özünə donquldandı.

-Mən də kimə nə başa salmağa çalışıram. Hamilə qalmayıb ki, hamiləliyin nə olduğunu bilsin.

Məsmənin tikanlı sözləri Mənsurənin ürəyinə batsa da, o, heç bir söz demədən yenidən südlü aş bişirməyə getdi.

Beləcə Məsmənin əlinə fürsət keçmişdi. Qulluqçunun yeməklərini bəyənmir, bütün günü Mənsurəni qarşısında qulluqçu kimi işlədirdi və bundan isə xüsusi zövq alırdı.

Uşağın dünyaya gəlişinə həftələr qalırdı.Məsmənin, böyük planlarının vaxtı gəlib çatmışdı.

Nəhayət ki, bir gün Əkrəmə ürəyini açdı.

-Əkrəm, mən bu uşağı doğurub Mənsurəyə verməyəcəyəm.

Əkrəm, Məsmənin bu sözündən diksinmiş kimi oldu.

-Necə yəni verməyəcəyəm? Biz ki, əzəlindən bunu danışmışıq.

Məsmə öz planını ustalıqla yeritməyə başladı.

– Yadındadırmı evləndiyimiz günün səhərisi atan sənə nə demişdi?

Atan demişdi ki, hər iki xanımına eyni sevgini ver. Mən isə səndən bunu görməmişəm.

Əkrəm Məsmənin üzünə tərs-tərs baxıb dedi.

Bu günə qədər sənə nə etmişəm? Güldən ağır söz demişəmmi?

-Yox deməmisən amma adil də davranmamısan. Rəsmu nigahın Mənsurənin, ürəyinin geniş güşəsi Mənsurənin, ilk doğduğum uşaq da Mənsurənin.Bəs mənə nə qaldı?

Əkrəm elə zənn etdi ki, Məsməyə analıq hissi güc gəlib və bu sözləri deməyə məcbur edib.O, Məsmənin yanında oturaraq saçlarına sığal çəkdi.

-Məsmə, bax əzizim bilirəm sənin üçün çətindir uşağını vermək.Amma Mənsurənin də fədakarlığını unutma.O, bir bu uşağa görə nələrdən keçdi bilirsənmi? O istəməsəydi mən əsla və əsla səninlə evlənməzdim.Öz həyat yoldaşını evləndirmək bilirsənmi nədir? Mənə görə fəlakətdir. O bağrına bu böyüklükdə daşı basdısa sən nədən basmayasan? Hələ ki, uşaq sənin gözlərin önündə böyüyəcək.

Məsmə bu sözləri eşitməmiş kimi başını fırladı.

Yox verməyəcəyəm.

Versəm də bir şərtlə verərəm.

Əkrəm sərt şillə yemiş adam kimi qızardı.Nə qədər hirslənsə də, əsəblərini cilovlayıb dedi.

Şərtini söylə.

Məsmə fürsəti əldən verməmək üçün mətləbə keçdi.

Rəsmi nigah mənim üzərimə olsun deyib Əkrəmin üzünə baxdı.

Əkrəm ilan vurmuş kimi ayağa qalxdı.

Sən nə danışırsan Məsmə?

İndi Mənsurəyə deyək ki, biz bu uşağı sənə bir şərtlə veriril ki, mənimlə nigahdan azad olasan?

Ağzından çıxanı qulaqları duyurmu?

Məsmə Əkrəmin buna asanlıqla razı olmayacağını bilib daha da sərtləşdi.

Bəli elə də deyəcəyik.Əks halda uşaq filan yox.

Əkrəm əlləri əsə-əsə otağın qapısını açdı və Məsməyə qapını göstərərək dedi.

Məsmə, əgər Mənsurə üçün uşaq filan yoxsa, mənim üçün də yox. İstəyirsənsə gedə bilərsən. Görürəm sənin fədakarlıqdan heç bir anlayışın yoxdur. Bu gün bu fədakarlığı etməyən qadın, sabah mənim üçün də fədakarlıq edə bilməz.

Məsmə işin bu yerə gəlib çıxacağını düşünməmişdi. O, Əkrəmin gözlərindəki qəzəbi görüb qorxdu və səssizcə yerinə oturub dinmədi.

Bütün planlarının suya düşdüyünü hiss edən Məsmə, daha da zalımlaşmağa başladı.Hər gün Mənsurəni yaralayan ifadələr işlədir, hər an onu sındırmağa çalışırdı.

Mənsurə isə bu işgəncələrə dözür, bunu hamiləliyin bir parçası kimi dəyərləndirirdi.

O gün yeni bir gün idi. Mənsurənin övladının dünyaya gəldiyi gün. Bütün ev maviyə boyanmışdı.Mavi şarlar, mavi lentlər və mavi örtüklü beşik.

Mənsurənin sevinci yerə-göyə sığmırdı. Uşağı Məsmə dünyaya gətirsə də, hər kəs Mənsurəyə göz aydınlığı verirdi. Bu isə Məsmənin kinli ürəyinə daha da kin doldururdu.

Həlimə xanım və Kazım bəyin isə sevinci yerə-göyə sığmırdı. Evlərindən körpə səsi, nəvə nəfəsi duyulmuşdu.Həm də oğul nəvəsi.Kazım nəvəsini qucağına alıb, Mənsurəyə,

bax qızım, nəvəmdən muğayat ol.Unutma ki, oğul düşmən çəpəridir.Onu ailəmizin və vətənimizin adına layiq böyüt deyib onun qucağına verdi.

Mənsurə körpəni qaynatasından alıb üzündən öpdü.

-Atacan nəvəni əsil kişi kimi böyütmək mənim boynumun borcu olsun. Amma sizdən bir xahişim var. Kazım gülümsəyərək gəlininə dedi:

Buyur qızım.

Atacan mənim böyüdəcəyim oğlan uşağıdır. Ona verəcəyim tərbiyəyə mümkünsə kənardan müdaxilə olunmasın.Mən başa düşürəm, Məsmə anadır.Bu uşağı mənə vermək onun üçün də çox ağırdır. Onu bərabər eyni evdə böyütsək də tərbiyəsi ilə özüm məşğul olmaq istəyirəm.Mənsurənin bu sözünə Məsmə yerindən müdaxilə etdi.Necə yəni demək istəyirsən ki, bu evdə sən hamıdan tərbiyəlisən?

Məsmə diksinərək, yox Məsmə nə danışırsan Əsdafullah.

Dediyim odur ki, bir uşağa iki ana tərbiyə verə bilməz.Mənim sözlərimlə sən, sənin sözlərinlə mən razılaşmaya bilərəm.Bu da uşağın psixalogiyasına təsir edər. Yəni mənim verəcəyim tərbiyəyə sənin müdaxilən olmasın.Bilirəm, sənin üçün də çətindir. İnşəallah ardı-ardına uşaqlar doğurarsan evimiz daha da şənlənər, birlikdə böyüyərlər.

Kazım gəlininin nə demək istədiyini anladı və əlini onun kürəyinə vurub dedi.

Qızım, sən narahat olma.Neçə ki, nəfəsim gedib gəlir arxandayam.

Məsmə qaynatasının bu sözlərindən narazı qalaraq ürəyində dedi.’Allah tezliklə nəfəsini kəsər inşəallah’.

Mənsurə uşağı yenidən qaynatasına uzatdı.

Atacan, etiraz etmirsinizsə uşağın adını Habil qoyaq.

Kazım nəvəsini qolları arasına alıb, ağzını qulaqlarına apardı.

Bismillahi Rəhmani-Rəhim.Allahın izni ilə adını Habil qoyduq.Ömrünü və taleyini isə Allahın özü uzun və gözəl yazsın. Atalı-analı böyü bala. Sonra yenidən üç dəfə qulağına Habil deyib, onu Mənsurənin qucağına verdi.



Ardı var



Metanet Duyğulu
www.kafiye.net