GƏL YURDUNU ZİYARƏTƏ



Arzuların boş olmasın,

Gözlərində yaş olmasın,

Hələ ömrün qış olmasın,

Gəl yurdunu ziyarətə!!




Yüzə çat sən,yüzdə dayan,

Dağlara çıx, düzdə dayan,

Gəl Şirvana,bizdə dayan,

Gəl yurdunu ziyarətə!




Bu arzular çoxalacaq,

Dərdi-qəmlər yox olacaq,

Gözün-könlün tox olacaq,

Gəl yurdunu ziyarətə!




Bənövşə dər,suyundan iç,

Başı qarlı Murovdan keç,

Özün üçün yurd yeri seç,

Gəl yurdunu ziyarətə.




Gəl daş üstə yenə daş qoy,

Yad-yağını yenə çaş qoy,

Kim deyir yurdunu boş qoy,

Gəl yurdunu ziyarətə!




Yenə bağ sal,versin bəhər,

Gözlərindən itsin qəhər,

Sevin-şadlan,şamu-səhər,

Gəl yurdunu ziyarətə!



Qonaq çağır mən bacını,

Unudaq dərdi-acını,

Kəlbəcər tək baş tacını,

Gəl yurdunu ziyarətə.



Gəl ki,dərək gul-çiçəyin,

Yığaq itburnu ləçəyin,

Gəl “İSTİSU”ya köçəyin,

Gəl yurdunu ziyarətə.



Uzaqlarda gəzmə daha,

Ucuz olsun,ya da baha,

Bu axşama,ya sabaha,

Gəl yurdunu ziyarətə.




Gəz dağını,meşəsini,

Dər,topla bənövşəsini,

Sevindir qəlb rişəsini,

Gəl yurdunu ziyarətə.




Solmaz yazdı,dedi sözün,

Ocaq qala,qalsın közün,

Çoxu gedib ömrümüzün,

Gəl yurdunu ziyarətə!

Gəl yurdunu ziyarətə!



Solmaz Şirvanlı

30-01-2021

10-07
www.kafiye.net