Azan səsi.


2-ci hissə .



Xatirə çox dalgın idi ,demək olar ki,səhəri diri gözlə acmışdı.Yoldaşı onun kefsizliyini xaricdə olan övladlarının xiffətini çəkməsinə yozmuşdu.

-İşlərimi yoluna qoyum,gedib,bir uşaqlara baş çəkərik.Qayıdandan sonra,söz verirəm ,sərgini təşkil edəcəm.Çalış işlərinin üstündə çox işlə.Sabah yenə o gölün sahilinə apararam səni,orda işləmək daha rahat ,uygun olur,özün dediyin kimi.

Yaxşı ki,işə gecikirdi yoldaşı,əyilib görüşdü, tələsik çıxdı evdən,onun göz syaşlarının yanaqlarına cıgır saldıgını görə bilmədi.

Xatirə pəncəyə yaxınlaşdı,kamillik ahənginə bənzəyən təbəssümlü üzündən əsər-əlamət qalmamışdı…

baxışları intəhasızlıga qərq olmuşdu .Pəncərəyə çırpılan yagış damcılarına baxdıqca,müəlliminin telefonda aglayan, gözündən axdıgı yaş damclıarını görmüş kimi oldu..neyniyim,nədən bu qədər onun içməyinə acıyıb,özümü üzürəm?Onsuzda yetərincə əzab çəkmişəm,bu içginin ucbatından…Allahın köməyi ilə yoldaşımı o yoldan çəkindirsəm də,həmin izlər sagalmır,ürəyimdə.

Yox !Fikirim qətidir,zəng edib deyəcəm ki,alkoqol aludəçisiylə mən dərsimi davam edə bilmərəm.

-Alo! Salam!

Salam!

Şahin müəllim ,mən zəng etdim deyəm ki,-sözümü agzımda qoydu,

-Başa düşürəm ,başqa müəllim tapmısız.Nə deyə bilərəm,ugurlar sizə.Axı mən kimə lazımam ki,düz edirsən,sənin fikrincə ,mən özümü idarə edə bilmirəm,qalmışdı hələ dərs deyəm kiməsə.

Müəllim, siz çox şey öyrətdiz mənə,məni başa düşün,siz yaxşı müəllim,yaxşı insansız mənimcün.Ancaq o içki sizi məhvə aparır,sizi-sözümü kəsərək necə qışqırdısa; -sən bilirsən tənhalıq nədir,bilirsənmi müalicəsi mümkün olmayan agrılarla səhərə qədər tavana baxıb qurdugun xəyalları bir-bir ordan təpəsi aşagı buraxmaq necə olur?

Get yolun açıq olsun!Mən tənhalıgımı unutmuşdum səninlə,kiməsə lazım oldugumu bilmişdim..

İndi icazə ver,mən onsuzda çoxdan yaşamaq istəmirdim-deyib,telefonu qapadı.

Nə etməli?Özünün seçimi!

Həmin gün heç bir əlaqəmiz olmadı.

O, mənə söz verdiyi kimi, gölün kənarında işləmək üçün etüdnükümə,çantama kömək edib,maşına daşıyarkən,Şahin müəllimdən bəlkə bir məsləhət alardın,havanın tutqun olmagı boyaların parlaqlgına dəlaləti yoxmu?Mən kimyəvi qatqılardan başım çıxdıgından aglımdan keçdi,hər halda o özü desin.

Özümü eşitməməzliyə vurdum..həmin günü məndə heç nə alınmadı,heç nəyi açmadan sahildə fırlanıb, üşüdüyümü bəhanə edib,evə qayıtmaga lələsdim.

Gözüm telefonda qalsa da,heç bir mesay zəng yox idi.

Olmamalıydı da,belə danışmışdıq.

Vəssalam!

Özüdü günahkar!

Yaxşı, bəlkə özünə bir şey etmiş olarsa,bəlkə agrıları dediyi kimi dözülməz olursa,sakitləşdiriçi almaga pulu yoxsa,ömrünə az qalıbsa…

Bu bəlkələrlə gecəni saldım.Yoldaşıma qardaşının zəhərləndiyini zəng edib deyəndə , həyacanla evdən çıxdı,istəsəm də məni aparmadı.

-Əlaqə saxlayacam,gəlməsəm narahat olma.

Bir neçə saatdan sonra dedi ki,filan xəstəxanadayıq mədəsin yuyublar ,gözlüyürük.Yaxşı olar,nigaran qalma..

Gözüm telefonda,qulagım bayırda bərk yagan yagışın səsində idi.

Kövrəlmişdim.Aglaya aglaya telefona yaxınlaşdım,bir anlıga aglım mənə hökmünü yeridirdi-atma o insanı,onu ayaga qaldıran kimsə yox,büdrəmədən,yıxılmadan özü gedən azdı bu zəmanədə..

Üç -dörd dəfə etdiyim zəngə cavab vermədi..əgər ona bir şey olmuyubsa ,atmayacam heç vaxt,özümə söz verdim.

Münasibətimiz qardaş-bacı münasibəti olmasa da,aramızdakı baglılıga mən başqa don da geydirməzdim.Həmişə mən ona siz deyərdim,onun tərəfdən yüngül bir hərəkət hiss etməmişdim..böyük hörmətim vardı.

Güclə ,,alo”eşitdim.

Mən -Şahin müəllim sizdən nigaran qaldım ,necəsiz?

Elə bil çaşdı,ya nədənsə dili tutulmuş kimi danışırdı,-mən,məən evdə deyiləm,xəstəxanadayam,ölümdən…səs kəsildi.

Halımı təsəvvür edə bilmərsiz, demək mənəm günahkar.İnsanı təhqir etdim,o mənə dedi xəstəyəm,mən isə ,münasibətimizə son qoyub, gəzməyə getdim ,öz işimlə başımı qarışdırdım..

Yenidən yıgdım,yenə yıgdım,mən vatsapın nömrəsiylə yıgırdım..axır səsin eşidib-hardasız hansı xəstəxanada,yoldaşıma deyim nə kömək lazımsa gəlsin.O yenə üzücü səslə- narahat olma,ölmüyəcəm indi ayılmışam.

Xəstəxananın adın dedi,telefonu söndürdü..çətinliklə yenə cavab verdi, deyir-mənə pisdi,həkim yaxşı baxmır.

Mənə söz ver daha məni atmıyacaqsan.Agrılarım da çox,özümü öldürmək istədim təsadüfən,qonşu bizə gələndə,təcili yardıma zəng etdi..

Mən dəli olmuşdum,yoldaşıma zəng etdim,həyatımı riskə atdıgımı fikrimə belə gətirmədim ki,o mənə demiyəcəkmi saat 1-də sənin müəllimlə nə işin?

Bunları fikirləşmirdim..yoldaşım agladıgımı eşidib-niyə aglıyırsan, dedim axı qarpızdan zəhərlənib,nə lazımdı ediblər.Sözünü kəsib,-müəllim də orda olmalıdı,o da o şöbədədi,yalan danışmaga məcbur oldum,özü zəng vurmuşdu dedim,səni soruşdu,ona kömək lazım..

O narahat olma,əzizim bu dəqiqə (soy adın məndən soruşdu)tapıb həkimlə danışaram.Mən müəllimə yenə zəng etdim

Narahat olma yoldaşım da ordadır qardaşı da sən yatdıgın şöbədədi ,bu dəqiqə yanına gəlir.Səsi dəyişdi,yoox lazım deyil ,qardaşım da burda,bacım da burda.Rayondan eşidib,gəliblər…

Birdən ayıldım,yaxşı, bu iki saat əvvəl intihar üçün həb qəbul edibsə,6 saatlıq yolu necə rayondan bura qət ediblər,mən votsapla zəng etdimsə bu xəstəni orda kim telefonun dərhal internetə qoşdu?

Yoldaşım zəng edirdi..

Ay qız ,bura elə soy adlı xəstə daxil olmayıb,təcili yardımnan gəlibsə,necə olar,qeydiyatdan keçməmiş götürələr şöbəyə? Palataları da axtardım,heç harda yoxdur.

Çaşıb qamışdım..

Yenidən ona zəng vurdum,dəfələrlə vurdum…cavabsız.

Sübh tezdən yoldaşım da gəldi,utandıgımdan bilmədim nə deyəm.Dedim əlbət mən səhv başa düşmüşəm,əlbət başqa xəstəxana adı deyib.

Zəng elə öyrən,bir şey lazım olsa,mənə de.

Bu qədər yalan,bu qədər yanlışlıq olarmı,suallarıyla dolaşıq düşmüşdük.O işə gedəndən sonra yenə gözüm telefonda qaldı…

Bilirdim ki,çox qürurludur,ona görəmi,mənə ehtiyacı oldugu vaxtı ünvanı səhv deməklə məni azdırdı,ya məndən kömək istəməyi özünə sıgışdırmadı?

Yəqin ki,düzün deyər,mən də başa düşərəm.Zəng etdim yenə,nəhayət açdı..təmkinli,soyuqsəslə ,eşidirəm,dedi

– Necəsiniz?

– İndi bir az yaxşıyam.

-Sizə nə olmuşdu?

Necə nə olmuşdu,demədim?-hirslə dilləndi.

-Bəs sizi yoldaşım nə qədər axtarıb,orda olmaçısız.

-Məni ordan qaçırtdı bizimkilər ,yoxsa çox qalası idim,ya polis gəlməliydi..bir xeyli dolaşıq danışdı.

Bacıngil yanınızda?Yoox,qayıtdılar,işləri -gücləri.

Bəs siz bu vəziyyətdə,nec olacaqsız?Qızınıza zəng vurun. Lazım deyil kiməsə zəng vurmaq.

Çəkinə-çəkinə soruşdum ki,bəs siz o vəziyyətdə,nə yaxşı internetə qoşula bildiz,mənimlə vatsapla danışdız?

Demək mənə inamın yox,bir dəfə içməklə,indi ölümümə də inanmaq istəmirsən.

Bilmirəm kim qoşub,mən bir dəfə də o xəstəxanaya qohum yanına getmişdim görünür gecə yanında qaldıgımdan,darıxmıyım deyə qoşulmuşam,yadımda deyil…qaldım belə.Nədən mənə belə yalan desin ki?

Yaxşı icazə ver,rahat ölüm,sagollaşmaq istəsə də mən imkan vermədim.

Müəllim,müalicə olunun,hər şeyi gözəl olacaq, sərginizi açacaqsız,dogmalarınız sizinlə yenə fəxr edəcəklər.

Tutulmuş kimi oldu,məni məcbur edirsən ki,özümü alçaldım?Bir manatım yox,deyirsən,müalicə,bir də sag ol deyib ,teli qapadı.

Fikir məni götürdü,başqası mənim yerimdə olsa inanardımı gecəki uygunsuzluqlara?

Axı nədən inanmayım?Yox mən bu insanı bataqlıqdan çıxardacam…

Zəng etdim,kimisə göndərin gəlsin pulunuzu qoydugum həmin maqazinin yanına,həkimə getməyə az da olsa,kömək etməyə pul verim.Qətiyyətlə razı olmurdu.

Birdən fikirindən daşınaraq- ,yaxşı,bir şərtlə;incikliyi götürək,yenə həmin şagird,müəllim olaq.

Elə sevindim ki,demək düzələcək.

Yaxşı dedim,bir şərtlə,harda olsanız,nigaran qalmayım deyə ,həmin məkanın şəkilin çəkib göndərin mənə.Razılaşdı. İstiyirsən,əlimnən çəkib göndərim,təki məni tərk etmə,mən bu yaşdan sonra tənha qalmaga alışa bilməyəcəm.

Elə bilirəm ki ,son on il ərzində birinci dəfə itirdiyim güvənimi qaytarmışam,sən getsən mən yoxam..mənə möhlət ver aragı yavaş-yavaş yox edə bilməsəm də hərdən bir içəcəm.

Sevindim..,deməli yenidən rəssam ola bilcəyimə məni inandıran müəllimə mənim də,onun özünə inamını qaytarmaq üçün ,,saziş”əldə edə bildim.

100manatın dalıcan gələn şoferi qarşılamaga getdim.


Ardı gözlənilir.

Fəridə Köçerli Ibrahimova.
www.kafiye.net