Unut getsin



Bacarırsan unut məni

Sil yadından yaddaşından

Qoyma bircə izim qalsın

Yaddaşının yad daşında.


Bacarırsan unut məni.

Xatirindən sil nə olar

Xatirələr dəftərinin

Vərəqlərin sən oda at.


Bacarırsan unut məni.

Unut getsin gülüşümü.

Yanağında közə dönmüş

O sonuncu öpüşümü.


Bacarırsan unut getsin

Telindəki əl izimi.

Əllərimi tutan zaman

Əllərimin əsməsini.


Unut getsin hər nəyim var

Yaddaşında mən adında.

Gözlərində yaşa dönən

Mən adlı o qadınıda.




Nahidə  Tagıyeva  Qurbanova / 17.05.2021

www.kafiye.net