Gözəl Şuşam..!!!



Qəhrəmanlıq salnaməsi yazıldı,

Gözəl Şuşam !!! Azadlığın mübarək..!!!

Qudrətimiz tarixlərə qazıldı,

Qədim Şuşam !!! Azadlığın mübarək ..!!!



“Cıdır Düzü” !!! axın – axın qonağın,

Azad oldu illərin qan çanağı,

Dalğalandı ay ulduzlu bayrağım,

Gözəl Şuşam !!! Azadlığın mübarək..!!!



Nər oğullar qarşı durdu dayandı,

” Cıdır düzü” ,uca dağlar Qalandı,

” Xarı bülbül” ətir saçdı, oyandı,

Gözəl Şusam !!! Azadlığın mübarək ..!!!



Əsgərinin komandirin günüdü,

Alidi , Baş Kamandanın günüdü,

Sübh Səfəqli qızıl danın günüdü,

Gözəl Şuşam !!! Azadlığın mübarək..!!!



Musiqinin sədaları altında,

Yüksək əhval, nidaların altında

Qayıdışın ədaları altında,

Gözəl Şuşam !!! Azadlığın mübarək..!!!



12.5.2021.Bədahətən.
Xuraman Camalqızı
www.kafiye.net