ANA


Gəlmişəm hüzuruna dinlə məni ay Ana.

Qurban olum yatdığın soyuq buz məzarına.

Baxma başına dönüm məlul -məlul üzümə,

Nə olar dur ayağa dur gedək evimizə.



De görüm nə eləsəm gələr sənin xoşuna.?

Qalxıb soyuq məzardan düşərsən el yoluna.

Ömrümdən paymı verim nəfəsimdənmi nəfəs.

Yox yox sən can vermisən canımı verim bəlkə.



Qalx ayağa nə olar dur sərvi boylu anam.

Dur başına dolanım dur mələk üzlü anam.

İstəməzdin sən axı gözümdə yaş görünə.

Üzümə kədər çökə, səsim azca titrəyə.



Daha mən yorulmuşam dur dərdlərimə dərman.

Analar balaların axı dərdindən anlar.

Sənsən axı gərəyim dur başına dolanım.

Tutum yenə əlindən evimizə yol alım.



Dur ömrüm talan olub arzularım. pərişan.

Dur başına döndüyüm dur dərdimə səndə yan.




Nahidə Tagıyeva Qurbanova / 05.05.2021
www.kafiye.net