Ana


Dünyaya göz açdım,ilk səni gördüm,
Həyatda tək sənə könlümü verdim.
Yandım həsrətindən,çoxaldı dərdim,
Sənsiz yetim qaldım,məhv oldum,Ana.


Səni sevdim,bu həyatda birinci,
Tək sən idin,ürəyimin sevinci.
Sənsiz oldum  qəm-kədərin girinci,
Günüm keçir dərd-qubarla,ay Ana!


Yanında olduqda qorxu duymadım,
Ana nəfəsindən mən heç doymadım.
Məni ağlamağa heç vaxt qoymadın,
Amma yoxluğunla ağlatdın,Ana.


Taledir,qismətdir,bilə bilmədim,
Səninlə doyunca gülə bilmədim.
Heç bilmirəm sənsiz niyə ölmədim?
Yamanca alışdım,yandım,ay Ana.


Gecələr yatmadan ,,can, qızım” dedin,
Özün heç yemədin,məni yedirdin.
Səni çox sevirəm,axı bilirdin,
İndi sən qəlbimi üzürsən, Ana! 

01.02.2021



Yegane Bagirova
www.kafiye.net