Dur,evmizə gedək Ana!

Həyat məni yaman yordu,
Kürəyimdən oxla vurdu.
Sənsiz  yanır, qəlbim  qordu,
Dur, evmizə gedək,Ana!


Belə imiş alın yazın,
Çox tez soldu güllü yazın.
Soyuqdu,qəlbimdə qızın,
Dur,evmizə gedək,Ana!


Gül ətrinçün mən darıxdım,
Ürəyimi oda yaxdın.
Sənsiz gör necə karıxdım,
Dur,evmizə gedək,Ana!


Susmaqla qəlbimi dəlmə,
Qalx ayağa,de,bir kəlmə.
Uzat əlini əlimə,
Dur,evmizə gedək,Ana!


Bu taleyi yazan yazdı,
Sənsizlik qanıma sızdı.
Bil ki, balan anasızdı.
Dur,evmizə gedək,Ana!


30.12.2020

Yegane Bagirova
www.kafiye.net