YÜK


Çiynində nə qədər yükün var adam
Qəm yükü, dərd yükü, məhəbbət yükü.
Dünənin bir namərd cəllad körpüsü,
Bu günün daşıyır sədaqət yükü.


Əl- ələ gəzirsən xəyallarınla ,
Hələ yaşayırsan olmaz arınla,
Öyürsən özünü “yalan” varınla,
Taxt qurub içində səfalət yükü .


Bir daş qoymamısan daşının üstə,
Hər gün bir yaş gəlir yaşının üstə,
Tutmusan vəfanı başının üstə,
Ayağın altinda məşəqqət yükü.


Bu nimdaş dünyadan sən təzə umma,
Dərdin badəsindən heç məzə umma,
Peşiman ürəkdən möcüzə umma,
Gözündə apardın səadət yükü..


Günaha bulaşıb çirklə gedirsən,
Kimin var orada ərklə gedirsən
Bu son mənzilinə yüklə gedirsən.
Əlində bir zənbil qəbahət yükü..


Səadət Qərib07.02.2021.
www.kafiye.net