“ALLAHIM”

***********


Allahım,Allahım
Niyə silahı yaratmağa izin verdin?
Körpələr atasız qalsın deyəmi?
Niyə toplar,raketlər,tanklaryaradıldı,
Analar övlad itirsin deyəmi?
Niyə “Müharibə” , ”
Savaş”sözləri yarandı,
İgidlər şəhid olsun deyəmi?
Niyə??
Allahım…niyə?
Oğullar şəhid olur,
Körpələr atasız qalır,
Analar gözü yaşlı…
Körpələrin qəmli baxışların görmürsənmi?
Gözlərindən süzülən
Gizli göz yaşların hiss etmirsənmi?
Toxun körpələrin məsumgözlərinə,
Axan yaşları sil,
Sil öz əllərinlə,
Allah’ım..
Nədir onların günahı,
Atasız böyüyəcəklər,
Həyatı atasız dərkedəcəklər..
Analar bu dərdənecə dözəcəklər..?!!
O atasız körpələringözlərindən asılıb qan qoxulusəngər..
Pıçılda yuxularına o məsum körpələrin ata ətrini..
İstəmirəm, var-dövlət,pul,ev ,maşın..
İstəyirəm körpələratasız qalmasın,
Ataları şəhid olmasın,ocaqları sönməsin..
Allahım…
Qan qoxur o torpaq,
Qisas hayqırır o ocaq,
Şəhid tabutuna sarılıb,
Ucalarda yüksələn o bayraq..
Misralarım dizlərin yerə qoyub,
Əllərin göyə açıb,
Ovuclarından məktub-məktubdualar yüksəlir,sənə tərəf
Geri çevirmə allahım,
Körpələr ağlamasın,atasız qalmasın,
Analara övlad dərdi vermə,vermə,ilahi…
Toyunu yasa çevirməgözü yaşlı,
Həsrətləsevdiyinin yolunu gözləyən o qızların…
Başlarına qara baglamasınlar,
İzin ver, bellərinə qırmızıbağlasınlar..
Allahım…Allahım.
İzin ver…İzin..


Ülvi Ələkbərzadə
www.kafiye.net