Şuşa uğrundakı döyüşdə ürəyindən vurulan şəhidimiz Dadaşov Orxan Vaqif oğlunun şəklinə baxarkən:

Şuşa uğrunda
Bu necə baxışdı,təbəssümü yox,
Yarımçıq qoyduğun oyunmu qalıb?
Düşmən tapdağında yurdun ,torpağın,
Tənələr altında soyunmu qalıb?


Dadın çıxardınmı bu ötən yazın ?
Gülən gözəllikdən doydumu gözün?
Yolunu gözləyən o qonşu qızın,
Qəlbində ucalan boyunmu qalıb?


Demə,İldırımın ürəyi daşdı,
Hər şəhid onun da gözünə yaşdı,
Ananı kiritmək,Vallah, zor işdi,
Yadında, olası toyunmu qalıb?



İldırım Əlişoğlu.04.01.2021.
www.kafiye.net