Azadə Novruzova

İki damla göz yaşısan

(Şiir : Azadə Novruzova)


İki damla göz yaşısan
sıxsam gözlərimi dənizə
gəmilər boğulacaq
balıqların donu daralacaq
dərya yetim ayrılıqlar doğacaq
həsrət-həsrət baxışlar boylanacaq
küçələrin gözlərindən.
Qəhər tıxanacaq boğazına
yosunlar dolaşıq düşəcək
telləri əlçimlənəcək dalğaların
qağayılar sərgərdan olacaq
özgə ellər Vətən olmurqaçqın uşağa.
Vətən yarımır naxələfdən oğul doğanda
noğullar kəsərsiz olur
oğullar fərsiz olanda.
Arılar bal yığammır
çiçəklər solanda.
yağış ol, ələn üstümə
quruyum …günçıxanda.


Azadə Novruzova
www.kafiye.net