Azade Novruzova

BU GECE


Bu gecə yuxumda
bir uşaq ağlayırdı…
Bu gecə yuxumda

bir uşaq ağlayırdı,
Əlləri xınalı,

telləri qıvrım.


Can deyib, haray çəkirdi.
Harayı dağ çəkirdi.
Gözündən od tökülürdü,
Alışıb, yanırdı dünya!



Bu gecə yuxumda

bir uşaq ağlayırdı,
Əynində qırmızı don,

ayağı yalın.


Don vurmuşdu ayağını,
Ünü ərşə çatırdı.
Diziüstə çökmüşdü
Səcdədən qalxırdı dünya!



Bu gecə yuxumda

bir uşaq ağlayırdı,
Xocalıdan…



Gəlinciyi qucağında.
Cəsədi qar içində.
Yiyəsi ölmüşdü,
Ortalıqda qalmışdı dünya!


Azade Novruzola
www.kafiye.net