………Höcət balam…


( Hələ7 yaşı tamam olmamış tələb edib əsgər paltarı aldırıb geyimiş Nicat nəvəmə)


Bir az sakit,bir az dəcəl,
Bir az hirsli, bir az gözəl,
Bir az küylü,bir az cəncəl,
Ay inadkar,höcət balam
-Nicat balam.


“Döyüş yerin” kitab,dəftər,
Əldə qələm,oldun əsgər,
Hər fənndə bir hünər göstər,
Tənlikləri gicəlt,balam
-Nicat balam!


Kürək söykə Dəli dağa,
Qoyma yurda bir dərd yağa,
Sahib çıx sən Qarabağa,
Düşməni vur,qıc et, balam
-Nicat balam!


Bax atana,qardaşına,
Dayaq ol,hər yurddaşına.
Sıxıb gülləni başına,
Xainləri linc et,balam
-Nicat balam !


Tətikdə tut barmağını,
Qoru Vətən torpağını,
O üçrəngli bayrağını,
Səmalara ucalt balam
-Nicat balam!

-Höcət balam !


İLDIRIM ƏLİŞOĞLU, / 15.11.2020.
www.kafiye.net