Millətin,Xalqın sevimlisi İlham Əliyevə Eşq olsun!

İlham Əliyevə

Yaşa Prezidentim,
Yaşa Baş Komandanım!
Ver Qələbə xəbəri,
Sənə qurbandır canım!


Sən Vətənin igidi,
Vətənin nər oğlusan,
Döyüşdən qalib çıxan,
Babəksən,Koroglusan!


Xalqın sənə güvənir,
Yaşa Xalqın nər oğlu,
Qələbə,Zəfər bizim,
Xalqın hünərvər oğlu!


Qov yağını bu yurddan,
Biz yarandıq “Boz qurd”dan,
Düşmənə divan tutan,
Yaranmısan bil oddan!


Vətən sənə deyir can,
Ey Xalqına mehriban,
Səninlə qürur duyur,
Vətənim Azərbaycan!


Sənə arxa, dayaqdır,
Vətənin oğlu-qızı,
Bayram edər Şuşada,
Qarşılayar Novruzu!


Rədd olsun qoy erməni,
Güllü Qarabağımdan,
Yazsın qoy qələmimiz,
Qələbə sorağından!


Şükür sənə Allahım,
Qisasımiz alınır,
Şanlı ordum döyüşür,
Qələbələr çalınır!


Yaşa! Komandan yaşa!
Ərdoğanla baş-başa!
Zəfər,Qələbə üçün,
Atılmısız savaşa!


Əz düşmənin başını,
Ayağının altında,
Adın tarixdə qalsın,
Uca göylər qatında!


Sevinsin qoy ruhu da,
Ulu Heydər babanın,
Anam Azərbaycanın,
Bütün elin-obanın.


Solmazam, hamı bilsin,
Şəhidlər ruhu gülsün,
Bizim Qələbəmizdən,
Düşmən çatlasın, ölsün!


Solmaz Şirvanlı30-10-2020Saat 9-29 da
www.kafiye.net