BAYRAĞI QARŞILA SƏN, EY QUBADLI!


Aciz, başqa səmtə göndərə bilməz,
İldırım sürətli hücum edəni.
Şər qüvvə yolundan döndərə bilməz,
Cəsarət göstərib yurda gedəni.


Gəlmişdi qəsb üçün, o qarət üçün,
Qeyrət qalib gəldi millət səbrinə.
Ərənlər tələsir ziyarət üçün,
Orda at oynadan baba qəbrinə.


İllərlə əsatət edən günahı,
Qələbə sevinci pak eyləyərmiş.
Verdisə nisgilli sızıltı, ahı
Özü bircə anda matəm geyərmiş.


Bilirəm, qəm yedin hey için – için,
Qızıl alma üçün gəlir AĞ ATLI.
Xalqımız darıxır xoş zəfər üçün,
Bayrağı qarşıla sən, ey QUBADLI



Mübariz Hüseyn Borçalı
www.kafiye.net