SIZLAYAN ÜRƏKLƏR GÜLÜR, ZƏNGİLAN


Vətən, canından can itirərdimi?
Qisası sonraya ötürərdimi?
Ərənlər bu dərdi götürərdimi?
Coşub nərə çəkdi mərd, qisas alan,
Sızlayan ürəklər gülür, Zəngilan.


Sinəsi göynəyən, üzgün dinirdi,
Uçan xəyallar da qəmli dönürdü.,
Deməyin, inamın nuru sönürdü
Unutdu sitəmi, nisgildən solan,
Sızlayan ürəklər gülür, Zəngilan.


Arzuda, cücərir sevinc bitməyə,
Hamı məqam gəzir yurda getməyə,
Riyakar qüvvəni məğlub etməyə
Ədalətin gücü deyildir, yalan.
Sızlayan ürəklər gülür, Zəngilan.


“URA” sədasından doğan, sevinci
Ucaltdı göylərə vətənin gənci,
Şənliyə büründü zamanın dinci
Qalxır yüksəkliyə bayraqdar olan
Sızlayan ürəklər gülür, Zəngilan.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net