İKİ BÖYÜK ƏMANƏTİ QORU, ƏSGƏR


Yaz çağında əlvan çiçək açsa da,
Hər ağacdan bil ki, meyvə dərilmir.
Etibarı, bəzən ürək açsa da
Əmanət də hər yetənə verilmir.


İki böyük əmanət var boynunda
Şirin canın, doğma vətən Ey əsgər!
Biri yaşam, biri saxlar qoynunda
Qorumaqçün hünər göstər qolun gər.


Zərər gəlsə əmanətdən birinə,
Zülmət hökmü, qalib gələr gündüzə.
Qoru canı, vur yaranı dərinə,
Zəfərlə dön, sevinc gəlsin hər üzə.



Mübariz Hüseyn Borçalı
www.kafiye.net